Avtomobillər və sürücülər üçün yenilik; Rəqəmsal pasportun yaradılması təklif edilir - AÇIQLAMA

Azərbaycanda avtomobillər və sürücülər üçün yeni mobil tətbiqin istifadəyə verilməsi təklif olunur. Bu sistem vasitəsilə avtomobilin texniki tarixi, servis məlumatları və digər vacib məlumatların vahid platformada toplanması mümkün ola bilər. Belə bir tətbiq həm alıcıların məlumatlılığını artıracaq, həm də avtomobil bazarında şəffaflığın təmin edilməsinə töhfə verəcək.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şurasının üzvü, İKT üzrə mütəxəssis Fərid Kazımov səsləndirib. Onun sözlərinə görə, rəqəmsal pasport layihəsinin həyata keçirilməsi üçün qeyri-rəsmi şəbəkələr, avtosalonlar və digər tərəflərin birgə iştirak etdiyi konsorsium yaradılması məqsədəuyğun olardı.

"Bu layihə çərçivəsində vahid mobil tətbiq hazırlanmalıdır. Məsələn, Avtosfer.az kimi platforma da layihənin icraçılarından biri ola bilər. Bunun üçün ayrıca hüquqi şəxs də yaradıla bilər. Tətbiqin əsas məqsədi ölkəyə daxil olan avtomobillərin bütün məlumatlarını vahid sistemdə toplamaqdır. Avtomobil ölkəyə daxil olduqda onun VIN kodu sistemə daxil edilir və həmin andan etibarən avtomobilin rəqəmsal pasportu formalaşmağa başlayır", – deyə o bildirib.
Fərid Kazımov qeyd edib ki, sistem vasitəsilə avtomobil sahiblərinə texniki xidmət müddətləri barədə xatırlatmalar göndərilə bilər.
"Avtomobil sahibi müəyyən yürüşdən sonra texniki baxış və ya servis vaxtının çatdığı barədə bildiriş alacaq. Beləliklə, avtomobilin istismar tarixi, texniki xidmətləri və digər məlumatlar vahid platformada toplanacaq", – deyə o əlavə edib.
İctimai Şura üzvünün sözlərinə görə, bu sistem gələcəkdə ikinci əl avtomobil bazarında da mühüm rol oynaya bilər.
"Avtomobil satışa çıxarıldıqda alıcı ilk növbədə onun rəqəmsal pasportunun olub-olmadığını soruşacaq. Bu da bazarda şəffaflığın artmasına, avtomobilin keçmişi ilə bağlı məlumatların gizlədilməsinin qarşısının alınmasına kömək edəcək. Rəqəmsal pasport zamanla avtomobil alqı-satqısının vacib elementlərindən birinə çevrilə bilər", – deyə Fərid Kazımov bildirib.
O hesab edir ki, layihəyə həm də ikinci əl avtomobil satışı ilə məşğul olan paralel idxalla məşğul olanlar qoşula bilər.
"Bu, kommersiya əsaslı layihə kimi fəaliyyət göstərə bilər. İştirakçılar müəyyən üzvlük haqqı ödəməklə sistemə qoşular və hamı üçün eyni imkanlar yaradılar. Ən vacib məqam isə odur ki, bu platforma avtomobil bazarının rəqəmsallaşdırılmasına, məlumatların vahid bazada toplanmasına və bazarın daha şəffaf fəaliyyət göstərməsinə ciddi töhfə verə bilər", – deyə o vurğulayıb.
Eltac Zülfüqaroğlu
Bakının mərkəzində sürücüləri çətin vəziyyətə salan yolayrıcı – VİDEO
Yolun ortasındakı kollar qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Piyadaların bu addımı qəza ilə nəticələnə bilər – Sürücülər bu təhlükəni görmür - VİDEO
Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT
Yaşıl işıqda edilən bu səhv qəza ilə nəticələnə bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Hazırkı yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil - EKSPERT
Sürücülər tunelə girərkən niyə sürəti azaltmalıdır? – İZAH – VİDEO
Bir səhv manevr iki qəza yarada bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO










