Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO

Paytaxt yollarında dairəvi hərəkətin təşkili ilə bağlı müzakirələr davam edir.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovun sözlərinə görə, əvvəllər avtomobillərin sayı az olduğu üçün dairələrdə hərəkət nisbətən rahat tənzimlənirdi.
Avtosfer.az xəbər verir ki, mütəxəssis həmin dövrdə sürücülərin bir-birinə yol verərək qısa müddətdə hərəkəti davam etdirdiklərini bildirib.
Ekspert qeyd edib ki, hazırda nəqliyyat axınının kəskin artması mövcud dairəvi yol infrastrukturunun effektivliyini azaldıb. Bu səbəbdən bəzi ərazilərdə, xüsusilə “20 Yanvar” dairəsi kimi intensiv hərəkət olan hissələrdə svetoforların tətbiqi zərurətə çevrilib. Onun fikrincə, svetoforlar nəqliyyat axınını daha nizamlı şəkildə bölüşdürərək sıxlığın qarşısını qismən ala bilir.
Aqil Rəhimov vurğulayıb ki, əsas problem yalnız infrastrukturla bağlı deyil, sürücülərin davranışı da burada mühüm rol oynayır. O bildirib ki, bəzi hallarda sürücülər qarşı tərəfin keçə biləcəyini görsələr də, sürəti azaltmaq əvəzinə artırır və bu da həm təhlükə yaradır, həm də hərəkətin axıcılığını pozur.
Məşqçi əlavə edib ki, yol hərəkəti qaydalarına riayət olunması və qarşılıqlı anlayışın artırılması bu kimi problemlərin həllində əsas amillərdən biridir. Onun sözlərinə görə, mövcud şəraitdə həm düzgün təşkil olunmuş infrastruktur, həm də məsuliyyətli sürücü davranışı paralel şəkildə təmin edilməlidir.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












