Benzin mühərrikli avtomobili elektrikli avtomobilə çevirmək olar? – ARAŞDIRMA - FOTO

Bəzi avtomobil sahibləri üçün maraqlı olan suallardan biri də budur: "Mexaniki avtomobili elektrikliyə çevirmək mümkündürmü?" Mütəxəssislərin fikrincə, bu sualın cavabı birmənalıdır – bəli, mümkündür.
Əsas ideya daxili yanma mühərrikini avtomobildən çıxararaq onun yerinə elektrik mühərriki və batareya sistemləri quraşdırmaqdan ibarətdir.
Avtosfer.az xəbər verir ki, bu proses zamanı avtomobildən mühərrik, yanacaq çəni və səsboğucu sistemi çıxarılır və onların yerinə müasir elektrik komponentləri – elektrik mühərriki, akkumulyator paketləri, idarəetmə blokları və şarj portları əlavə olunur.
Elektrik mühərriki bəzən transmissiya ilə birgə quraşdırılır, lakin daha müasir konversiyalarda təkərlərə birbaşa inteqrasiya edilən “hub” mühərriklərdən də istifadə olunur. Bu, avtomobilin daha hamar və səssiz hərəkətini təmin edir.

Yanacaq çəni funksiyasını yerinə yetirən litium-ion batareyalar adətən avtomobilin altında, baqaj hissəsində və ya mühərrik bölməsində yerləşdirilir. Orta hesabla 40 kilovatt-saatlıq bir batareya 150-200 kilometr məsafə təmin edə bilər. Lakin əlavə çəki avtomobilin balansına və asqı sisteminə təsir etdiyindən, bəzən əyləc və asma sistemlərində də dəyişikliklərə ehtiyac olur.
Əlavə olaraq, batareya idarəetmə sistemi və mühərrik kontrol bloku bu yeni sistemin düzgün işləməsi və təhlükəsizliyi üçün əsas rola malikdir. Eyni zamanda, avtomobilə “Tip 1” və ya “Tip 2” şarj portları əlavə olunur. Məsələn, evdə istifadə edilən 7 kilovattlıq şarj cihazı 40 kilovatt-saatlıq batareyanı təqribən 6 saata tam doldura bilər.
Hazırda beynəlxalq təcrübədə belə konversiyaların qiyməti 15.000–30.000 ABŞ dolları arasında dəyişir. Qiymət əsasən istifadə olunan akkumulyatorların tipi və mühərrikin gücü ilə müəyyən olunur. Məsələn, yüksək performanslı litium-ion batareyalar daha bahalı, lakin effektivdir; aşağı büdcəli layihələrdə isə qurğuşun-turşu batareyalarına üstünlük verilə bilər.

Ən böyük narahatlıq məsafə (diapazon) problemidir. Xüsusilə şəhərlərarası səfərlərdə konvertasiya edilmiş avtomobillər üçün bu, əhəmiyyətli məhdudiyyətə çevrilə bilər. Bundan əlavə, batareyaların çəkisi avtomobilin ümumi ağırlığını 20-30% artırır və bu da süspensiya və əyləc sistemlərinin gücləndirilməsini tələb edir.
Bu cür transformasiya yalnız peşəkar səviyyədə, texniki bilik və təcrübə tələb edən bir prosesdir. Qərar vermədən öncə bütün texniki və hüquqi detalları diqqətlə qiymətləndirmək vacibdir.
Eltac Zülfüqaroğlu
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO
Aeroport yolunda kim hansı zolaqla hərəkət etməlidir? – Mütəxəssis AÇIQLADI - VİDEO
Avtomobil idarə edən sürücünün diqqəti hansı səbəblərdən pozulur? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Sürücüləri cərimələtdirən piyadalarla necə mübarizə aparılmalıdır? – Ekspert İZAH ETDİ - VİDEO
Sürücülərin əhvalı onların avtomobil idarə etməsinə təsir edir? – Mütəxəssis RƏYİ - VİDEO
Elektromobillərin salonuna su sızsa, bunu mütləq etməlisiniz – MÜTƏXƏSSİS - VİDEO
Yol xəritələrindəki uyğunsuzluqlar vətəndaşları çaşdırır - EKSPERT
Yazda ağaclardakı bu yapışaqn maddə maşınınıza ziyan vura bilər – TÖVSİYƏ - FOTO










