Bəzi sürücülər qohumundan aldığı maşını yoxlatdırmağa utanır - MÜTƏXƏSSİS - VİDEO

Avtomobil alqı-satqısı zamanı sürücülərin yol verdiyi əsas səhvlərdən biri nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən almaqdır. Mütəxəssislər bu məsələdə diqqətli olmağın vacibliyini vurğulayır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Avto FM” radiosunun efirində çıxış edən qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb.
Onun sözlərinə görə, hər kəs hər sahənin mütəxəssisi ola bilməz və bu səbəbdən avtomobil alarkən peşəkar ustaya müraciət etmək mütləqdir. O bildirib ki, özü təhlükəsizlik üzrə mütəxəssis olsa da, avtomobil seçimi zamanı texniki qərarı ustaya həvalə edir.
Aqil Rəhimov qeyd edib ki, bəzi insanlar qohumdan və ya tanışdan avtomobil alarkən onu yoxlatdırmağa utanır. Lakin bu yanaşma sonradan ciddi problemlərə səbəb ola bilər. Məsələn, avtomobilin mühərrik blokunda çat kimi gizli qüsurlar sonradan üzə çıxaraq alıcı ilə satıcı arasında narazılıq yarada bilər.
Aqil Rəhimov xüsusi olaraq vurğulayıb ki, avtomobili yoxlatdırarkən satıcının tövsiyə etdiyi ustaya müraciət etmək düzgün deyil. Onun fikrincə, bu halda obyektiv qiymətləndirmə aparılmaya bilər və alıcı aldadılma riski ilə üz-üzə qala bilər. Buna görə də alıcıların müstəqil və etibarlı ustaya müraciət etməsi tövsiyə olunur.
Ekspert həmçinin bildirib ki, bəzi satıcılar avtomobili satışa çıxarmazdan əvvəl kosmetik baxımdan ideal vəziyyətə gətirirlər. Bu isə alıcıda yanlış təəssürat yaradır. Halbuki qısa müddət sonra avtomobildə ciddi problemlər üzə çıxa bilər.
Onun sözlərinə görə, xüsusilə vizual görünüşə aldanmaq düzgün deyil və avtomobil seçimində əsas diqqət texniki vəziyyətə yönəldilməlidir. Aqil Rəhimov sürücülərə çağırış edərək bildirib ki, avtomobili yalnız yoxlatdıqdan sonra almaq ən doğru qərardır.
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












