Binəqədidəki bu küçədə diqqətli olun; sağa dönənlər cərimələnəcək – VİDEO

Sürücüləri bir çox məqamlarda narahat edən əsas məsələ məhz yol polisin hansı hallarda onu saxlama icazəsinin olmasıdır.
Yəni, qanunvericilikdə yol polisi sürücüləri nə baş verərsə, saxlaya bilər?
Avtosfer.az xəbər verir ki, “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsi, habelə “Yol-patrul xidməti haqqında” Təlimat yol-patrul xidmətinin əməkdaşı tərəfindən sürücülərdən nəqliyyat vasitəsinin dayandırılması tələbinin əsaslarını müəyyən edir.
Nəqliyyat vasitəsini idarə edən şəxslərdən (yəni sürücülərdən) yalnız aşağıdakı hallarda nəqliyyat vasitəsini (yəni misal üçün avtomobili) dayandırmaq tələb oluna bilər (“Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsi):
1) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə;
2) törədilmiş inzibati xətaya görə tətbiq olunan inzibati cərimənin ödənilməsi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində həmin qərarın icra olunmamasına görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaxud Bakı Nəqliyyat Agentliyinin qərarı olduqda;
3) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə Daxili İşlər Nazirliyinin digər əməkdaşından məlumat daxil olduqda;
4) nəqliyyat vasitəsi axtarışda olduqda;
5) nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;
6) qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda (bu hallara təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə, yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, hərbi vəziyyət elan edildikdə).
Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir.
Sürücülərin yol polisi tərəfindən saxlanılıb cərimələnməsi hallarından biri də Binəqədi rayonunda Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yaşanır. Təlimçi Azər Quliyev həmin kəsişmədə sürücülərin niyə cərimələnməsi ilə bağlı məsələyə aydınlıq gətirib. O bildirib ki, S.S.Axundov küçəsindən Ə.Rəcəbli küçəsinə döngədə məcburi sağa və düzünə yol nişanı qoyulub. Bu halda sürücülər sağa dönəndə dönmə işıqlarını yandırmırlar, belə olan halda da Əhməd Rəcəbli küçəsində dayanan yol-patrul xidməti əməkdaşları sürücüləri saxlayır.
“Bilirik ki, yol-patrul xidməti əməkdaşları sürücüləri 6 halda saxlaya bilər. Sənədləri yoxlamaq üçün yalnız stasionar postlarda bu mümkündür. Birinci halda qeyd edilir ki, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə yol-patrul xidməti əməkdaşı sürücünü saxlaya bilər. Əvvəllər bu bənddə qeyd edilirdi ki, xüsusi texniki vasitələrin köməyi ilə də aşkar edildikdə saxlaya bilərdi. Artıq o bənd ləğv edilib. Artıq bununla əlaqədar sürücü saxlanıla bilməz. Çünki onda sürücüyə birbaşa cərimə göndərilir. Lakin dönmə işığını yandırmadan dönmək visual aşkarlana bilən haldır. Sual verirlər ki, bu hissədə 4.1.4 yox, 4.1.2, yəni məcbur sağa dönmə nişanı olsa necə olardı? Yəni nişan qoyulub və o, yalnız sağa dönməni əmr edir, bu halda dönmə işıqları yandırılmalıdırmı? Cavab isə odur ki, bəli, yandırılmalıdır”
Daha ətraflı aşağıdakı videoda:
Səfər
Azərbaycanda bəzi şəxslərə pulsuz avtomobil veriləcək
Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə! - VİDEO
Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı
Ən yaxşı sürücünün hanı keyfiyyətləri olmalıdır? – Aqil Rəhimov AÇIQLADI - VİDEO
Bu səhvi təkrarlayan sürücülər zəncirvari qəzaya səbəb olur - Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Yolayrıcında işıqfor varsa hansı nişanlar qüvvəsini itirir? - İZAHLI VİDEO
Döngələrdə avtobusla toqquşmamaq üçün sürücü nə etməlidir? – TÖVSİYƏ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: Bu halda 100 manat cərimə olunacaqsız
Küləkli və qarlı havalarda sürücülər bu qaydalara riayət etməlidir – Aqil Rəhimov - VİDEO
Bu prospektdə diqqətli olun; bəzən qəza qaçılmaz olur – AQİL RƏHİMOV - VİDEO
Qarlı ərazidə batan maşını necə çıxartmaq olar? – Sürücülərə TÖVSİYƏ








