Bu halda dairədəki maşına yol verməməyə görə CƏRİMƏ YAZILA BİLMƏZ - VİDEO

Dairəvi hərəkət təşkil edilmiş yolayrıcları ən mürəkkəb kəsişmə yerlərindən biri hesab olunur. Bu yolayrıclarında hərəkət üstünlüyü müxtəlif formada təşkil oluna bilər. Öncə qeyd edək ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcını bildirmək üçün mütləq şəkildə müvafiq 4.3 nişanı quraşdırılmalıdır. Bu nişan tək quraşdırıldığı halda yolayrıcına daxil olan sürücü dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Baş yol nişanı ilə tətbiq olunduğu halda isə yolayrıcına daxil olan sürücü üstünlüyə malik olur.
Bəs dairəvi hərəkət təşkil edilmiş yolayrıcını bildirən 4.3 nişanı yoxdursa, kim-kimə yol verməlidir?
Qeyd edək ki, 4.3 nişanı olmadığı hallarda həmin kəsişmə yeri dairəvi hərəkət təşkil edilmiş yolayrıcı hesab olunmur və həmin qaydalar da qüvvədə olmur. Belə olan halda adi yolayrıcının keçilməsi qaydası tətbiq edilir. Yəni, hər bir sürücü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verərək hərəkət etməlidir. 4.3 nişanı olmayan yerdə sürücülərdən dairədəki nəqliyyat vasitələrinə yol verilməsinin tələb edilməsi qanuna ziddir.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












