Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA

"Hazırda ictimai nəqliyyatda güzəştli istifadə hüququ olan kateqoriyalar kifayət qədər məhduddur. Hesab edirəm ki, bu siyahı mərhələli şəkildə genişləndirilməlidir. Çünki güzəştlərə real ehtiyacı olan əsas sosial qruplar mövcuddur".
Avtosfer.az xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, güzəştli kateqoriyaya tələbələr, təqaüdçülər, müharibə veteranları və digər həssas kateqoriyalar daxildir: "Bu qruplar üçün güzəştlərin tətbiqi mexanizmi artıq formalaşma mərhələsinə daxil olub.
Bu ildən etibarən ictimai nəqliyyatda brutto müqavilə sisteminə keçid prosesi başlanır. Rəsmi olaraq bu keçid üçün 2026–2028-ci illəri əhatə edən iki illik müddət müəyyən edilib. Ancaq düşünürəm ki, sosial təsiri nəzərə alınaraq bu proses sürətləndirilməlidir.
Keçidin baş tutması üçün həllini gözləyən bir sıra vacib məqamlar var. Əsas məsələlərdən biri nağd ödənişlə işləyən avtobusların tam şəkildə nağdsız sistemə keçməsidir. Nağdsız ödənişin BakıKart üzərindən həyata keçirilməsi artıq metro ilə inteqrasiya olunub və bu, avtobus nəqliyyatında da effektiv şəkildə tətbiq edilə bilər".
Rauf Ağamirzəyevin fikrincə, beynəlxalq təcrübə göstərir ki, sosial güzəştlərin tətbiqi üçün məhz brutto kontrakt modeli ən uyğun mexanizmdir:
"Bu modeldə güzəştlərin reallaşdırılması üçün bütün alətlər mövcuddur. Sadəcə olaraq, qeyd olunan texniki və inzibati çatışmazlıqlar aradan qaldırılmalıdır.
Brutto müqavilələr çərçivəsində yalnız güzəştli gedişlər deyil, eyni zamanda günlük, aylıq və illik bilet paketləri, eləcə də 90 dəqiqəlik pulsuz keçid imkanlarının tətbiqi nəzərdə tutulur. Bu yanaşma həm sosial qruplar üçün güzəştləri genişləndirir, həm də ümumilikdə vətəndaşların nəqliyyat xərclərinin optimallaşdırılmasına real zəmin yaradır.
Nəticə etibarilə, düşünürəm ki, bu il ərzində proses daha sürətli icra olunmalıdır ki, xüsusilə həssas əhali qruplarının ictimai nəqliyyat xərcləri azaldılsın və sosial ədalət prinsipi daha effektiv şəkildə təmin edilsin".
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












