Buzlu yollarda sürətlər qutusunu bu rejimə keçirmək maşına ziyan vurmur – ARAŞDIRMA

Əksər sürücülərin avtomatik transmissiyalı avtomobillərdə yalnız “D” (Drive) rejimindən istifadə etdiyi məlumdur. Lakin mütəxəssislər bildirirlər ki, sürət qutusunu qoruyan və təhlükəsizliyi artıran mühüm xüsusiyyətlərdən biri də seçicidəki “L” (Low – Aşağı) rejimidir.
Avtosfer.az xəbər verir ki, “L” rejimində mühərrik daha yüksək dövrlərdə işləyir və aşağı sürətlərdə əlavə dartma təmin olunur. Bu zaman mühərrikin əyləc sistemi də aktivləşir ki, bu xüsusilə uzun enişlərdə əyləclərin həddindən artıq qızmasının qarşısını alır. Mütəxəssislər bu funksiyanın daha çox dağlıq ərazilərdə, ağır yüklərin daşınmasında, yolsuzluq şəraitində və buzlu yollarda faydalı olduğunu qeyd edirlər.
“L” rejimi dağlıq və maili yollarda optimal sürətin saxlanmasına imkan verir, ağır yüklərin və qoşquların dartılmasını asanlaşdırır. Yolsuzluqda fırlanma momenti palçıqlı və sürüşkən səthlərdə bərabər paylandığından avtomobilin sürüşmə riski azalır. Eyni zamanda qar və buz üzərində nəzarətli enerji ötürülməsi qəfil sürüşmələrin qarşısını alır.
Bildirilib ki, bu rejimdən istifadə zamanı sürət ötürücülərinin rəvan dəyişdirilməsi vacibdir, yüksək dövrlərdə mühərrikin uzun müddət saxlanılması məsləhət görülmür. “L”mütəxəssisldən yalnız çətin yol şəraitində və qısa müddətə istifadə etmək tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO












