Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq

Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması və orada saxlanılması üçün ödənilən məbləğ avtomobilin sahibinə qaytarılacaq. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda Milli Məclisdə qəbul edilib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi konkret qayda pozuntuları ilə bağlıdır.
O xatırladıb ki, qayda pozuntularının mövcud olduğu halda sürücüyə həm cərimə yazılır, həm də nəqliyyat vasitəsi qadağan olunan duracağa yerləşdirilir:
"Amma şəxsin avtomobilinin cərimə meydançasına yerləşdirilməsinə səbəb olmuş qərar qanunsuz sayılarsa və ləğv olunsa, bu, duracağa yerləşdirilmənin də qanunsuz olduğu anlamına gəlir. Ona görə də təbii ki, qanunsuz yerləşdirilmə səbəbindən avtomobilin evakuasiyasına və duracaqda saxlanılması üçün edilən ödəniş sahibinə geri qaytarılmalıdır. Bu, təbiidir. Çünki həmin tədbirin özü qanunsuz olub".
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












