Dairəvi hərəkətdə bu səhvi edən sürücülər 40 manat cərimələnir – VİDEO

Dairəvi hərəkət zamanı zolaq seçimi və dönmə qaydaları, xüsusilə yeni sürücülərin ən çox çətinlik çəkdiyi mövzulardan biridir. Yanlış zolaq seçimi və dönmə işıqlarından düzgün istifadə edilməməsi isə həm qəza riskini artırır, həm də inzibati məsuliyyət yaradır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov səsləndirib.
Onun sözlərinə görə, dairəvi hərəkətə daxil olan sürücülər əvvəlcədən gedəcəkləri istiqamətə uyğun zolaq seçməli, manevr zamanı isə dönmə işıqlarından mütləq istifadə etməlidirlər.
Sürücü dairədən çıxarkən sağ dönmə işığını yandırmalı və təhlükəsizlik qaydalarına əməl edərək sağ zolaqdan çıxmalıdır. Zolaq dəyişmək zərurəti yarandıqda isə əvvəlcə dönmə işığı verilməli, güzgülər vasitəsilə yol şəraiti qiymətləndirilməli və yalnız bundan sonra manevr edilməlidir.
Dairəvi hərəkətdə zolaq intizamına riayət olunmaması və dönmə işıqlarından istifadə edilməməsi digər hərəkət iştirakçılarını çaşdırır, yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.
Aqil Rəhimov qeyd edib ki, bu qaydaları pozan sürücülər barəsində yol polisi tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülür və həmin qayda pozuntusuna görə 40 manat məbləğində cərimə tətbiq edilir.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












