Elektromobil və benzinli avtomobillər arasındakı istilik fərqi yoxlanıldı – NƏTİCƏLƏR - VİDEO

Çində aparılan maraqlı bir müqayisə avtomobil texnologiyaları arasındakı fərqləri bir daha ortaya qoyub.
Avtosfer.az xəbər verir ki, Çin mərkəzli məşhur avtomobil bloqu eyni yol şəraitində hərəkət edən elektromobillərlə (EV) daxili yanma mühərrikli (ICE) avtomobillərin istilik yayılmasını xüsusi cihazlar vasitəsilə müqayisə edib.
Müşahidələr göstərib ki, ənənəvi mühərriklərdə yanan yanacağın cəmi 20-35 faizi hərəkət enerjisinə çevrilir. Qalan enerji isə istilik kimi ətrafa yayılır. Nəticədə bu tip avtomobillərdə xüsusilə kapot, mühərrik bölməsi yüksək temperaturda olur və ətraf mühitə ciddi istilik ötürür.
Eksperiment zamanı çəkilən görüntülərdə daxili yanma mühərrikli avtomobillərin ətrafında istilik yayılmasının daha intensiv olduğu aydın şəkildə müşahidə edilib.
Elektromobillərdə isə vəziyyət fərqlidir. Bu nəqliyyat vasitələrində istilik əsasən əyləc sistemində və bəzi kiçik komponentlərdə yaranır. Ümumilikdə isə istilik yayılması xeyli aşağı səviyyədə olur.
Mütəxəssislərin fikrincə, bu fərq xüsusilə iri şəhərlərdə və sıx tıxac olan ərazilərdə hiss olunur. Belə ki, ənənəvi avtomobillərin çoxluğu yay aylarında şəhər mühitində əlavə istilik yükü yaradır və bu da havanın daha dözülməz olmasına səbəb olur.
Qeyd olunur ki, elektromobillərin yayılması yalnız ekoloji baxımdan deyil, həm də şəhər mühitində istilik balansının qorunması baxımından mühüm rol oynaya bilər.
Eltac Zülfüqaroğlu
Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












