Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Avtomobil alarkən etibarlılıq bir çox sürücü üçün əsas meyarlardan biridir. Heç kim yolun ortasında xarab olan və tez-tez təmirə ehtiyac duyan bir nəqliyyat vasitəsi istəmir.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin rəyinə görə, bəzi modellər bu baxımdan sürücülər üçün maddi yük yarada bilər.
Britaniyanın nüfuzlu "What Car?” jurnalı, 5 yaşa qədər olan istifadə olunmuş ailə avtomobilləri arasında ən etibarsız 3 modeli müəyyən edib. Siyahı avtomobil sahibləri ilə aparılmış sorğuya əsaslanıb – respondentlər son 12 ay ərzində hansı nasazlıqlarla qarşılaşdıqlarını bildiriblər.
Ən etibarsız 3 istifadə olunmuş ailə avtomobili:
1. Volkswagen Golf (dizel mühərrikli)
2. Seat Leon
3. Skoda Octavia
Dizel mühərrikli səkkizinci nəsil "Volkswagen Golf”, siyahıda birinci yeri tutaraq ən etibarsız ailə avtomobili hesab olunub. Bu modeldə bir çox texniki problem müşahidə olunub.
Ən çox rast gəlinən nasazlıqlar bunlardır:
* sürət qutusu və muftada nasazlıqlar
* informasiya-əyləncə sistemi problemləri
* mühərrikdən asılı olmayan elektrik nasazlıqları
* tez-tez sıradan çıxan kondisioner sistemi
* əyləc sisteminin komponentlərində problemlər
Ekspertlərin alınmasını məsləhət görmədiyi digər avtomobillər
Bundan öncə, ekspertlər təhlükəsizlik reytinqi aşağı olan 9 yeni avtomobil modelini də açıqlamışdılar. Bu nəqliyyat vasitələrini avtomobil salonlarından bu gün belə almaq mümkündür, lakin mütəxəssislər belə bir qərardan əvvəl ciddi şəkildə düşünməyi tövsiyə edirlər.
Eyni zamanda, tez dəyər itirən modellər də müəyyən edilib. Bu avtomobillər yalnız yeni olduqları müddətdə bazarda qiymətli hesab olunur, lakin azacıq istifadə edildikdə belə dəyərdən düşürlər.(valyuta.az)
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












