Günün bu saatlarında avtomobil yumaq zərərlidir – XƏBƏRDARLIQ

Yay mövsümündə yüksək temperaturun müşahidə olunduğu günlərdə bir çox sürücü avtomobilini yumaq üçün günəşli havanı əlverişli hesab edir. Lakin mütəxəssislər bildirirlər ki, günün ən isti saatlarında avtomobilin yuyulması kuzovun boya örtüyünə ciddi ziyan vura bilər.
Avtosfer.az xəbər verir ki, avtomobil mütəxəssislərinin sözlərinə görə, yüksək temperatur avtomobilin səthini həddindən artıq qızdırdığından su və yuyucu vasitələr çox qısa müddətdə buxarlanır. Bu isə boya üzərində qalıcı su ləkələrinin, kimyəvi izlərin və sonradan aradan qaldırılması çətin olan qalıqların yaranmasına səbəb olur.
Mütəxəssislər xüsusilə saat 10:00-17:00 aralığında avtomobil yumağı məsləhət görmürlər. Onların sözlərinə görə, bu vaxt yuyucu vasitələr çirki kifayət qədər yumşalda və təmizləyə bilmir. Əksinə, şampun və köpük tam durulanmadan quruyaraq boya səthində iz buraxır, şəbəkə suyunun tərkibindəki minerallar isə su sürətlə buxarlandığı üçün kuzovda ağ ləkələr əmələ gətirir.
Bildirilib ki, avtomobili səhər saat 10:00-dan əvvəl və ya axşam saat 17:00-dan sonra yumaq daha məqsədəuyğundur. Həmin vaxtlarda avtomobilin səthi daha sərin olur, yuyucu vasitələr isə öz təsirini tam göstərə bilir. Bununla yanaşı, avtomobili tam qaranlıq düşdükdən sonra yumaq da tövsiyə edilmir. Çünki zəif işıqlandırma səbəbindən bəzi çirkli hissələr görünməyə bilər, avtomobil tam qurudulmadıqda isə səthdə qalan nəmlik korroziya riskini artıra bilər. Bundan əlavə, nəm səth gecə saatlarında həşəratları da cəlb edə bilər.
Mütəxəssislər isti havalarda avtomobilin birbaşa günəş altında deyil, qarajda, üstüörtülü dayanacaqda və ya kölgəlik ərazidə yuyulmasını tövsiyə edirlər. Belə şəraitdə avtomobilin səthi həddindən artıq qızmır, yuyucu vasitələr və qoruyucu cilalar boya qatına daha effektiv təsir göstərir və təhlükəsiz şəkildə durulana bilir.
Mütəxəssislərin fikrincə, avtomobilin düzgün vaxtda və uyğun şəraitdə yuyulması onun boya örtüyünün ömrünü uzadır, estetik görünüşünü qoruyur və gələcəkdə yarana biləcək əlavə təmir xərclərinin qarşısını alır.
Eltac Zülfüqaroğlu
Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












