İlan sancması zamanı nə etməli? – Vacib ilk yardım qaydaları

Yay mövsümünün başlaması ilə ilanların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünməsi halları artıb. İsti hava şəraiti ilanların daha aktiv olmasına səbəb olur. Xüsusilə otlu, kolluq və kənd təsərrüfatı sahələrində çalışan şəxslərə diqqətli olmaq tövsiyə edilir.
Avtosfer.az xəbər verir ki, ilan sancması zamanı vaxt itirmədən tibbi yardıma müraciət etmək vacibdir. Özbaşına müdaxilə və ya yanlış üsullar vəziyyəti daha da ağırlaşdıra bilər.
İlan sancması zamanı ilk növbədə sakit qalmaq və dərhal tibbi yardıma müraciət etmək vacibdir.
Aşağıdakı addımlar tövsiyə olunur:
* Zərərçəkəni hərəkətsiz saxlamağa çalışın. Hərəkət zəhərin bədəndə daha sürətli yayılmasına səbəb ola bilər.
* Sancılan nahiyəni ürək səviyyəsindən aşağıda saxlayın.
* Üzük, saat və ya sıx əşyaları çıxarın. Şişkinlik yarana bilər.
* Yaraya toxunmayın, kəsməyin və zəhəri sormağa çalışmayın.
* Turniket bağlamayın və buz tətbiq etməyin.
* Mümkün qədər tez təcili tibbi yardım çağırın və ya xəstəxanaya çatdırın.
Əgər ilan təhlükəsiz məsafədədirsə, onun rəngini və görnüşünü yadda saxlamaq həkimlər üçün faydalı ola bilər. Lakin ilanı tutmağa və ya öldürməyə çalışmaq olmaz./azxeber.com
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












