İkinci əl avtomobil alarkən bunlara diqqət edin, yoxsa aldadıla bilərsiniz - FOTO

Əgər rəsmi dilerdən, yaxud sifarişlə avtomobil almırsızsa, o zaman diqqət etməli olduğunuz bəzi məqamlar var. Yeni avtomobillərin qiymətləri bahalaşdıqca, vətəndaşlar ikinci əl avtomobillərə yönəlməyə başlayıb. Lakin bu seçim hər zaman sərfəli olmur. Əgər avtomobil alarkən bəzi vacib nüanslara diqqət edilməzsə, nəticədə alıcı ciddi maddi zərərlə qarşılaşa bilər.
Avtosfer.az xəbər verir ki, əvvəlcə mühərrik və ümumi texniki vəziyyət nəzərdən keçirilməlidir. Mühərrik səsinin qeyri-adi olub-olmaması, yağ sızması, sürət qutusunun işləmə durumu mühüm göstəricilərdəndir. Bu mərhələdə test-sürüşü də vacibdir. Dartmanın zəifliyi, asqı sistemindən gələn qəribə səslər, mühərrikin tez isinməsi kimi hallar varsa, avtomobilin texniki baxımdan problemi ola bilər.

Bundan başqa, avtomobilin yürüşü və qəza tarixçəsi ilə bağlı məlumatlar yoxlanmalıdır. Qəza və sığorta sorğusu isə avtomobilin keçmişdə hansı qəzalarda iştirak etdiyini ortaya çıxarır. Lakin qeyd edilməlidir ki, bəzi qəzalar sığortaya bildirilmədiyi üçün qəza və sığorta məlumatlarında görünmür.
Avtomobilin sənədlərində qeyd olunan mühərrik və şassi nömrələrinin nəqliyyat vasitəsindəki faktiki nömrələrlə üst-üstə düşməsi də mühümdür. Xüsusilə köhnə avtomobillərdə bu nömrələr silinmiş və ya oxunmaz vəziyyətdə ola bilər ki, bu da alqı-satqı zamanı problem yarada bilər.
Bəzən alıcılar ehtiyat açar, kitabça və digər avadanlıqlara fikir vermirlər. Halbuki bu detallara diqqət yetirməklə avtomobilin nə dərəcədə səliqəli istifadə edildiyini müəyyənləşdirmək mümkündür.
Boyanın və korpusun vəziyyəti də diqqət tələb edən məqamlardandır. Günəş və digər təbii amillərin təsiri ilə edilən lokal rəngləmə ilə qəza sonrası dəyişdirilmiş hissələr arasında fərq böyükdür. Xüsusilə şassi, dirək və podium kimi hissələrdə dəyişiklik olub-olmaması mühüm detallardan sayılır.
Ekspertizadan keçməyən avtomobilin alınması tövsiyə olunmur. Çünki təhlükəsizlik yastıqları, elektron sistemlərdəki nasazlıqlar və dəyişdirilmiş hissələr yalnız texniki baxış zamanı üzə çıxır. Amma burada da ehtiyatlı olmaq lazımdır, çünki hər ekspertiza mərkəzinə güvənmək olmaz. Bu səbəbdən öncədən yaxşı araşdırma aparmaq vacibdir.
Eltac Zülfüqaroğlu
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR













