İkinci əl maşın alarkən bu məqamlara mütləq diqqət edin - VİDEO

Bir qrup insanlar avtomobil seçərkən onun xarici görüntüsünə daha çox üstünlük verir. Xüsusilə ikinci əl nəqliyyat vasitələrini alarkən ekstra diqqətli olmaq lazımdır. Təbii ki, alıcı qismində maşın seçərkən mütəxəssisdən rəy almaq önəmlidir. Lakin peşəkar olmasa da həvəskar sürücü kimi maşınla bağlı müəyyən məlumatlara sahib olmaq mümkündür.
Avtosfer.az-ın məlumatına görə, sosial şəbəkədə bu barədə maraqlı video paylaşılıb. Belə ki, ikinci əl avtomobil alarkən diqqət etməli olduğumuz ilk nüans avtomobilin səsboğucusudur. Buradan həddindən artıq karbon qalığının çıxması maşında ciddi problemin olduğunu göstərir.
İkinci və sadə olan məqam avtomobilin təhlükəsizlik kəmərinin alt hissəsində istehsal ilini tapın və ardınca maşının istehsal tarixini etiketdə axtarın. Əgər tarixlər üst-üstə düşmürsə deməli avtomobilin hava yastığı sisteminə müdaxilə olunub və təhlükəsizlik kəmərinin dəyişdirilib. Bu halla qarşılaşsanız həmin nəqliyyat vasitəsini almayın.
Digər mühüm nüans sükan arxasına gəlib sükan çənbəri qolunu və əyləc pedalını kontrol edin. Qeyd olunan hissələrdə paslanma çoxdursa deməli bu nəqliyyat vasitəsi suya məruz qalıb. Belə mənzərəylə qarşılaşsanız maşını almamağınız məqsədəuyğundur.
Üçüncü fikir verməli olduğunuz hissə avtomobilin start-stop sisteminin yanındakı boltlara baxmağınızdır. Onların üzərində boltu açma izi varsa bu, avtomobilin mərkəzi konsolunun dəyişdirilmiş olduğunu göstərir. Maşının konsolunun dəyişdirilməsi isə nəqliyyat vasitəsinin ağır qəzaya uğradığını bildirir. Əlbəttə, belə halda maşını almaqdan vaz keçin.
Vacib məqamlardan bir digəri avtomobilin mühərrik yağının qapağını açıb arxasına baxmaq lazımdır. Əgər həddindən çox qara yağ ləkəsi varsa bu maşının mühərrikində problemin olduğunu göstərir və almamağınız məsləhətdir. Sonuncu olaraq maşının ön mühərrik bölməsindəki videoda göstərilən dəstək girişinə baxın. Bu hissədə qaynaq və deformasiya izləri varsa demək ki, maşın başqa bir avtomobillə toqquşub. Bu halda da onu almamağınız məqbuldur.
Nərmin
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










