İkinci zolaqda avtomobilini saxlayan bəzi sürücülərə güzəştlər edilə bilər? – DYP-dən AÇIQLAMA - VİDEO

Bakının mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığına təsir edən amillərdən biri də bəzi sürücülərin avtomobillərini ikinci zolaqda saxlamasıdır. Bu cür halların gündəlik nəqliyyat axınına yaratdığı mənfi təsir həm piyadaların, həm də digər sürücülərin narazılığına səbəb olur.
Bəs belə hallarda hüquq-mühafizə orqanlarının, xüsusilə yol polisinin yanaşması necə olur?
Bəzi sürücülər avtomobilini ikinci zolaqda saxlamaq məcburiyyətində olurlar. Polis onlara güzəşt edirmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “ASAN TV”nin efirində danışan Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, İdarə tərəfindən mütəmadi olaraq nəzarət profilaktik tədbirlər keçirilir:
“Bu tədbirlər zamanı biz sürücülərə mütəmadi olaraq xəbərdarlığımızı bildiririk. Özlərinə deyirik ki, biz bura sizi cərimə etmək üçün gəlməmişik. Bəziləri fikirləşir ki, DYP gəlir cərimə yazmaq istəyir.
Amma biz onlara xəbərdarlıq edirik ki, sizin maşını yolun ikinci zolağında saxlamanız tıxaca və digər sürücülərin haqlı narazılığına səbəb olur.
Lakin ikinci zolaqda saxlama məsələsinə gəldikdə, əvvəlcə xəbərdarlıq edirik. Amma belə hallar davamlı aşkarlanarsa, həmin sürücülərə inzibati protokol tərtib olunur”.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












