İsti havalarda maşının içinə hansı əşyaları qoymaq olmaz? – AQİL RƏHİMOV AÇIQLADI - VİDEO

Yay aylarında avtomobilin içində temperatur sürətlə yüksəlir. Bu isə bəzi gündəlik əşyaların ciddi təhlükəyə çevrilməsinə səbəb olur.
Bir çox sürücü bilmədən avtomobilində saxladığı əşyalarla həm özünün, həm də avtomobilin təhlükəsizliyini riskə atır.
Bəs avtomobildə hansı əşyalar saxlanılmamalıdır və bunun səbəbi nədir?
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzi sürücülər yanğınsöndürən balonu oturacağın altına bərkitmirlər və sadəcə altına qoyurlar ki, bu çox təhlükəlidir:

“Ümumiyyətlə, bu, bütün fəsillər üçün təhlükəlidir. O, əyləc pedalının altına da gedə bilər, qaz pedalının altına da. Bu isə faciə ilə nəticələnə bilər.
Bundan başqa, yay və çimərlik mövsümü başlayır. Əksər sürücülər istifadə etdikləri su butulkasını öz oturacağının altına qoyurlar. Bu da çox təhlükəlidir. Əyləcə basdığı zaman həmin butulkalar pedalın altına girə bilər. Əsas iki fikrim ondan ibarətdir ki, yanğınsöndürən balonu və su şüşələrini oturacağın altına qoymaq olmaz. Ümumiyyətlə, sürücü oturacağının altına heç nə qoymaq olmaz”.
Aqil Rəhimov əlavə olaraq bildirib ki, alışqanları şit üzərinə qoymaq olmaz:
“Maşında alışqan saxlamaq düzgün deyil. Çünki qızdığı zaman partlaya bilər və avtomobildə yanğın baş verə bilər. Yanğın təhlükəsi olan maddələri maşının içərisində saxlamaq məsləhət deyil”.
Mütəxəssislər əlavə olaraq bildirirlər ki, aşağıdakı əşyalar da yayda avtomobildə saxlanılmamalıdır:
Günəş kremi və kosmetik məhsullar – kimyəvi dəyişiklik və sızma riski: kosmetik vasitələr, xüsusilə günəş kremi, yüksək temperaturda tərkibini dəyişir və bəzən qabı deformasiya olaraq sızma yaradır. Nəticədə oturacaqlar, konsol və digər hissələr ləkələnə və zədələnə bilər.
Parfüm və sprey tərkibli dezodorantlar – qapalı qaz təzyiqi partlayışa səbəb ola bilər. Aerozol tərkibli məhsullar isti şəraitdə qaz təzyiqi yaradır. Qabın içində təzyiq artdıqda, bu maddələr öz-özünə partlaya və salon hissələrini dağıda bilər. Şüşə qabda olan ətirlər isə əlavə şüşə qırığı təhlükəsi yaradır.
Eynəklər – yanğın riskinə səbəb ola bilər. Adi eynəklər, xüsusilə günəş eynəkləri, günəş şüalarını bir nöqtəyə fokuslayaraq salon materiallarını yandıra bilər. Bu, avtomobilin içində səssiz, lakin təhlükəli yanğın ocağına çevrilə bilər.
“Powerbank” və digər litium batareyalar – şişmə və partlama ehtimalı: elektron cihazlarda olan litium batareyalar qızdıqda kimyəvi reaksiyaya girə və partlaya bilər. Əgər “powerbank” günəş altında şarjda saxlanılırsa, bu təhlükə daha da artır. Eyni zamanda, bu cihazlar yanğın mənbəyinə çevrilə bilər.
Eltac Zülfüqaroğlu
Kişi sürücülər qadın sürücüləri görəndə niyə əsəbiləşirlər? – Mütəxəssisdən maraqlı ŞƏRH - VİDEO
Lüks avtomobil almaq əvəzinə sürməyi öyrənin: Mütəxəssisdən sərt XƏBƏRDARLIQ - VİDEO
İnkişaf etmiş şəhərlər niyə ictimai nəqliyyata üstünlük verir? - Ekspert AÇIQLADI
Bayramda uzaq yola çıxanlara DYP-dən çağırış; bu qaydalara əməl edin - VİDEO
Yol vermək bəzi sürücüləri niyə qorxudur? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO
Torpaq sahələrindən səmərəsiz istifadə; Bakıda bu amil tıxaca səbəb olur? – EKSPERT
“Azərbaycanda sürücü piyadadan qorxur” – Mütəxəssisdən sərt AÇIQLAMA - VİDEO
Avtobus zolağı ilə hərəkətə hansı hallarda icazə verilir? – EKSPERT AÇIQLADI – VİDEO
Dayanma zamanı bu səhv ölümcül nəticələrə səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Dönmə və zolaq dəyişmədə sürücülər hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS - VİDEO
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA










