Lüks avtomobil almaq əvəzinə sürməyi öyrənin: Mütəxəssisdən sərt XƏBƏRDARLIQ - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərin avtomobil seçiminə böyük məbləğdə vəsait ayırmasına baxmayaraq, sürücülük bacarıqlarının artırılmasına və yol hərəkəti qaydalarının öyrənilməsinə kifayət qədər önəm vermədiyini bildirib.
Bir çox insan avtomobil alarkən ən komfortlu, ən müasir və ən bahalı modellərə üstünlük verir. Bu, təbii haldır və hər kəs imkanı çərçivəsində daha yaxşı nəqliyyat vasitəsinə sahib olmaq istəyir. Lakin məsələ yalnız avtomobil seçimi ilə bitmir.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimov "AvtoFM"in efirində çıxışı zamanı bildirib ki, bəzi sürücülər avtomobilin texniki imkanlarına və rahatlığına böyük məbləğdə pul xərcləsələr də, həmin avtomobili təhlükəsiz idarə etmək üçün zəruri bilik və bacarıqların əldə olunmasına lazımi diqqət ayırmırlar.
Sürücülük yalnız sükan arxasına əyləşməkdən ibarət deyil. Təhlükəsiz hərəkət etmək, riskləri vaxtında qiymətləndirmək və qəzalardan yayınmaq üçün yol hərəkəti qaydalarını dərindən bilmək, peşəkar təlimlərdə iştirak etmək və sürücülük bacarıqlarını daim inkişaf etdirmək vacibdir.
Aqil Rəhimov qeyd edib ki, peşəkar müəllimlərə və sürücülük kurslarına xərclənən vəsait itirilmiş pul deyil, əksinə, insanın öz təhlükəsiz gələcəyinə qoyduğu sərmayədir. O vurğulayıb ki, sürücülər bahalı avtomobil almaq əvəzinə, bəzən bir qədər sadə model seçib əldə etdikləri vəsaitin bir hissəsini keyfiyyətli təlimlərə yönəltsələr, bu həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət edər.
Avtomobil onu düzgün idarə etməyi bacaran şəxsin əlində rahatlıq və fayda mənbəyidir. Lakin lazımi bilik və bacarıq olmadıqda eyni avtomobil ciddi faciələrə səbəb ola bilər.
Məşqçi əlavə olaraq bildirib ki, sürücülərə müraciət edərək avtomobil idarə etməyə məsuliyyətlə yanaşmağın vacibliyini xatırladıb və qeyd edib ki, yol hərəkətində bir anlıq diqqətsizlik təkcə avtomobilin deyil, insan həyatının itirilməsi ilə nəticələnə bilər. Avtomobil idarəçiliyində peşəkarlıq və təhlükəsizlik hər şeydən üstün tutulmalıdır.
Eltac Zülfüqaroğlu
Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












