Maşın sürərkən telefonu avtomobilin bu hissəsinə birləşdirmək məsləhət deyil - FOTO

Bir çox sürücü naviqasiya və ya rabitə məqsədilə smartfonlarını avtomobilin tablosuna və ya kondisionerin ventilyasiyasına bağlayır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər bu vərdişin həm avtomobil sistemlərinə, həm də telefonun özünə ciddi zərər verə bilməsi ilə bağlı xəbərdarlıq edirlər.
Müasir avtomobillərdə daxili temperaturu tənzimləyən sensorların düzgün işləməsi üçün hava axını mühüm rol oynayır. Telefonların birbaşa ventilyasiya qarşısına yerləşdirilməsi isə bu göstəriciləri pozaraq iqlim nəzarəti sistemində nasazlıqlara səbəb ola bilər.
Xüsusilə qış aylarında isti hava axınına məruz qalan telefonların batareyaları sürətlə sıradan çıxır. Mütəxəssislər bildirirlər ki, bu, batareyanın şişməsi, hətta nadir hallarda partlayış riskini də artıra bilər. Yüksək temperatur həmçinin cihazın ümumi ömrünü əhəmiyyətli dərəcədə qısaldır.
Digər tərəfdən, telefonun düzgün yerləşdirilməməsi sürücünün görmə bucağına da mənfi təsir göstərir. Ekrana baxmaq üçün başı əymək və ya diqqəti yoldan yayındırmaq qəza riskini artırır.
Mütəxəssislər sürücülərə məsləhət görürlər ki, telefon tutucunu göz səviyyəsinə uyğun şəkildə yerləşdirsinlər. İdarəetmə panelinin yan tərəfində quraşdırılan tutacaqlar ən təhlükəsiz seçim sayılır. Telefon ön şüşəyə quraşdırıldığı halda isə iqlim nəzarətini əl ilə tənzimləmək və hava axınını ön şüşə ilə ayaqlara yönəltmək tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












