Maşındakı siqaret yandırma portunda telefon şarj etmək təhlükəlidir – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
İllərdir avtomobillərdə olan siqaret alışqanları bu gün artıq yalnız siqaret yandırmaq üçün istifadə edilmir. Müasir dövrdə bu cihaz telefonların, mini soyuducuların, tozsoranların, kompressorların və digər elektron qurğuların işlədilməsi üçün enerji mənbəyinə çevrilib. Lakin mütəxəssislərin xəbərdarlığına görə, bu avadanlıq düzgün istifadə edilmədikdə ciddi texniki nasazlıqlara və hətta yanğın təhlükəsinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bir vaxtlar siqaret yandırmaq üçün nəzərdə tutulmuş bu portlar artıq “12 Voltluq elektrik çıxışı” adlanır və bir çox cihazı gücləndirə bilir. Ancaq unudulmamalıdır ki, bu portun gücü məhduddur və yanlış istifadə avtomobilin elektrik sisteminə ciddi zərər verə bilər.
Ekspertlər bildirirlər ki, köhnə tipli siqaret alışqanlarının yeni nəsil avtomobillərdə istifadəsi təhlükəlidir. Çünki bəzi hallarda bu cihazlar rozetkada ilişərək kontaktların əriməsinə və ya qoruyucuların partlamasına səbəb olur. Həmçinin, keyfiyyətsiz enerji çeviriciləri və ucuz şarj adapterləri də böyük risk yaradır. Onlar artıq gərginlik yaradaraq naqillərin qızmasına, akkumulyatorun sıradan çıxmasına və nəticədə avtomobilin elektrik sisteminin yanmasına gətirib çıxara bilər.
Bundan əlavə, keyfiyyətsiz və orijinal olmayan telefon şarj cihazlarından istifadə də yanğın təhlükəsini artırır. Bu cür adapterlər qeyri-sabit cərəyan yaradır və telefonun qızmasına, hətta partlamasına səbəb ola bilər. Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, 12 Voltluq portun içərisinə sikkə, metal parçası və ya başqa yad cisim düşdükdə qısaqapanma baş verə bilər ki, bu da bütün sistemin sıradan çıxmasına gətirib çıxarır.
Mexaniklər sürücülərə məsləhət görürlər ki, istifadə edilmədiyi zaman alışqan girişini qoruyucu plastik qapaqla örtsünlər. Bu, həm toz və nəmin yığılmasının, həm də qısaqapanmanın qarşısını alır. Bundan başqa, avtomobilin qoruyucu sisteminə uyğun, orijinal bağlayıcılardan istifadə etmək daha təhlükəsiz sayılır.
Beləliklə, görünən odur ki, kiçik bir port kimi görünən bu cihaz yanlış istifadə olunduqda avtomobil üçün ciddi təhlükə yarada bilər. Bəs siz avtomobilinizdə siqaret alışqanını necə istifadə edirsiniz – enerji mənbəyi kimi, yoxsa ehtiyatla yanaşırsınız?
Eltac Zülfüqaroğlu
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT












