Maşının yanacaq çəninin bilmədiyimiz 5 vacib xüsusiyyəti - VİDEO

Maşının yanacaq çəni qapağının ancaq yanacaq doldurmaq üçün istifadə edildiyini düşünürsünüz?
Əslində sözügedən qapağın çoxunuzun da bilmədiyi 5 gizli funksiyası var. İlk olaraq əksəriyyət yanacaq çəni qapağını açır və yanacaq doldurarkən onu videoda göstərilən formada maşının üzərinə qoyur. Təbii ki, necə gəldi qoyduğunuz zaman benzin maşının boyasını aşındıracaq. Doğru üsul onu proses zamanı yanacaq çəni qapağındakı kiçik dəliyə salmaqdır.
İkinci, maşını idarə edərkən sarı rəngli nasazlıq işığının yandığını anidən görsəniz həyəcanlanmayın. Yanacaq çəni qapağını açıb içindəki qapağın sıx şəkildə bağlı olub olmadığını kontrol etməlisiniz. Əgər möhkəm bağlanmayıbsa onu sıxmağınız kifayətdir. Bunu etdikdən sonra nasazlıq işığı da avtomatik olaraq sönəcək.
Üçüncü, avtomobilin yanacaq çəni qapağında kiçik bir dəlik var. Sözügedən dəliyi mütəmadi olaraq təmizləmək vacibdir. Əks halda yağış yağarkən toplanan su asanlıqla yanacaq çəninə dolacaq və su sızması səbəbilə mühərrikin xarab olmasına səbəb olacaq.
Dördüncü, maşınımız üçün uyğun olan benzin dərəcəsi nədir? Əslində yanacaq çəni qapağının iç hissəsindəki işarələrə görə benzin əlavə etdiyiniz müddətdə heç bir problem olmayacaq.
Beşinci, avtomobilin təkərlərini doldurarkən onu necə gəldi etməməliyik. Təkərlərə həddindən artıq hava vurmaq onun partlamasına gətirib çıxara bilər. Çox az doldurmaq isə həddindən artıq yanacaq sərfiyyatına səbəb olacaq. Uyğun variant yanacaq çəni qapağının iç hissəsində qeyd olunan standart hava təzyiqini tapmaqdır. Göstərilən standart göstəriciyə əsasən prosesi icra etməlisiniz.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












