Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB

Hörmətli oxucuya bu başlıq sensasiyalı gəllə bilər, hətta sual edə bilər ki, nə dəxli var? Kimsə bir qədər də irəli gedib bu iddianın Qərb təbliğatı olduğunu da düşünə bilər.
Lakin, bu nə Qərb təbliğatıdır, nə də sensasiya. İndi yazacacğımız hadisələr Xəzərin o tayında baş verir. Bakıdan təxminən 400 kilometr uzaqda.
Avtosfer.az xəbər verir ki, Türkmənistanda qadınlarla bağlı hər gün sayı artan qadağalardan biri də avtomobildə əyləşməklə bağlıdır.
Bir neçə il əvvəl prezident administrasiyasından verilmiş şifahi tapşırığa görə qadınlar maşında qabaq oturacaqda əyləşə bilməzlər. Hətta taksi şirkətləri də bununla bağlı konkret tapşırıq alıb: ya hamı zorla da olsa arxada əyləşməli, ya başqa maşın gözləməlidir.
Ailə avtomobilində qadaqda oturan qadın mütləq sürücünün yaxın qohumu olmalıdır (arvad, bacı, qız). Polis çox vaxt belə hallarda nikah, yaxud doğum şəhadətnaməsi tələb edir.
Xarici medianın məlumatına görə, bir neçə il əvvəl nazirlərdən biri qadınların qabaq oturacaqda əyləşməsini “qeyri-etik”, “əxlaqa zidd” və “haram” hesab edib.
Maraqlı budur ki, belə səfeh qadağalar konkret yazılı qanunlarla deyil, əsasən şifahi göstərişlərlə tənzimlənir.
Bundan başqa, Türkmənistanda qadınların saç boyaması, botoks etdirməsi və makiyaj da qadağandır.
Vüqar
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












