Qara rəngli avtomobillər günəş altında niyə daha çox qızır? – ARAŞDIRMA

Yay aylarında avtomobil rəngi təkcə estetik seçim deyil, həm də salonun temperaturuna və kondisionerin işinə birbaşa təsir göstərən amillərdən biridir. Mütəxəssislərin fikrincə, tünd rəngli avtomobillər açıq rəngli avtomobillərlə müqayisədə günəş şüalarını daha çox udduğu üçün daha sürətlə qızır.
Avtosfer.az xəbər verir ki, aparılan araşdırmalar və praktiki sınaqlar qara rəngli avtomobillərin salon temperaturunun ağ rəngli avtomobillərlə müqayisədə təxminən 5-10 dərəcə yüksək ola biləcəyini göstərir.
Məlumata görə, qara rəng günəş şüalarının 90 faizə qədərini udmaq xüsusiyyətinə malikdir. Nəticədə günəş altında park edilən avtomobillərdə sükan, oturacaqlar, təhlükəsizlik kəmərləri və digər daxili hissələr daha yüksək temperatur toplayır.
Mütəxəssislər bildirirlər ki, isti iqlim şəraitində tünd rəngli kuzova və salona malik avtomobillər daha tez qızır və onların soyuması daha uzun vaxt aparır. Bu isə kondisionerin daha yüksək gücdə işləməsinə səbəb olur, nəticədə həm yanacaq sərfiyyatı artır, həm də sürüş rahatlığına təsir göstərir.
Yüksək temperaturun təsirini azaltmaq üçün mütəxəssislər bir sıra tədbirləri tövsiyə edirlər. Onların fikrincə, ultrabənövşəyi və infraqırmızı şüaları zəiflədən keyfiyyətli keramika şüşə plyonkalarından istifadə salonun temperaturunu aşağı salmağa kömək edir. Bundan başqa, açıq rəngli salon üzlükləri və istiliyi əks etdirən şəffaf qoruyucu plyonkalar da avtomobil daxilində istilik yığılmasının qarşısını almaqda effektiv hesab olunur.
Ekspertlər vurğulayırlar ki, açıq rəngli avtomobillər günəş enerjisinin böyük hissəsini əks etdirdiyi halda, tünd rəngli avtomobillərdə əlavə istilikdən qorunmaq üçün müvafiq tədbirlərin görülməsi həm komfort, həm də kondisioner sisteminin səmərəli işləməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












