Qaraj alanda aldanmamaq üçün bu yazını oxuyun! - FOTOLAR

50 000, 22 000, 18 000 və ya 16 500 manat - bunlar elan saytlarında çoxmərtəbəli binaların zirzəmisində qaraj adı ilə satılan parklama yerlərinin qiymətidir. Üstəlik, bu yerlərin mülkiyyət sənədi də mövcud deyil.
Bəs, hər kvadratmetri az qala, mənzillə eyni qiymətə təklif olunan belə yerlərin alqı-satqısı nə dərəcədə qanunidir?
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir çox hallarda binaların sözügedən hissəsi mühəndis-kommunikasiya təminatının (binaların istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) yerləşdirilməsi üçün nəzərdə tutulur. Qanunvericiliyə əsasən, mühəndis-kommunikasiya təminatı istismar zamanı təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir.
.jpg)
Ərazinin digər məqsədlərlə tutulması və ya bağlanması qəza və ya təmir zamanı əngəl də törədə bilər.
Digər tərəfdən, Mənzil Məcəlləsinə görə, həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Yəni, çoxmərtəbəli binadakı parklanma kimi istifadə edilən zirzəmilərin əraziləri həmin binadakı bütün mülkiyyətçilərə aiddir.
Qanunla mülkiyyətçilərin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən, binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər. Bir şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın.
Ən əsası isə binanın altında qeyri-yaşayış sahəsi, o cümlədən qaraj yeri binanın layihəsində nəzərdə tutulmalıdır.

Elə qeyd edilən bütün bu amillərdən irəli gələrək təcrübədə bu cür qaraj yerlərinə görə çıxarış almaq asan olmur. Bu baxımdan qaraj adı altında parklama alarkən onun çıxarışının olması vacibdir. Əks təqdirdə, həmin yer binadakı digər sakinlərlə mübahisəyə səbəb ola bilər. Həmçinin belə yerlərin qanuni satışı da mümkün olmur.
Bununla belə, təcrübədə çoxmənzilli binalarda mülkiyyət sənədi ilə satışa çıxarılan qaraj kimi təqdim edilən parklama yerləri də az deyil. Belə əmlakların qiyməti sənədsiz olanlarla müqayisədə daha yüksək olmaqla yerləşdiyi əraziyə görə dəyişir. Ancaq maraqlıdır ki, elan saytlarında çıxarışı olduğu göstərilən qaraj yerlərinin sırasında parklama yeri kimi layihələndirilən ərazilərlə yanaşı, bir çox hallarda mühəndis-kommunikasiya təminatının yerləşdiyi zirzəmi ərazilər də olur.
Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO
Körpü və tunellərdə qəza riskindən necə qorunmaq olar? – MÜTƏXƏSSİS – VİDEO
Narkoman sürücülər ARTIR – HƏBS çarəmi?
Dəmir yolu keçidlərində səhv edən sürücü və piyadaları nə gözləyir? – Qaydalar pozulur və...










