Qəzaların qarşısını alan gizli bacarıq: Niyə hər kəs bunu öyrənməlidir?

Yeni sürücülərin yol hərəkətində təhlükəsizliyini təmin etmək üçün əsas bacarıqlardan biri - idarəolunan manevretmə qabiliyyətidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Pravda.ru portalı avtomobil ekspertlərinə istinadla məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, sürücünün gözlənilməz yol şəraitinə düzgün və vaxtında reaksiya verməsi, qəzaların qarşısının alınmasında həlledici rol oynayır.
İdarəolunan manevr - qəfil yaranan maneələrə (digər nəqliyyat vasitələri, sürüşkən yol, çətin hava şəraiti və s.) təhlükəsiz və effektiv reaksiya verməyə imkan yaradan praktiki texnikadır.
Ekspertlər vurğulayırlar ki, yeni sürücülər arasında ən geniş yayılmış səhvlərdən biri - yüksək sürətə güvənərək riskli manevrlərə cəhd etməkdir. Halbuki təhlükəsiz sürücülük, sürətdən çox, şəraitə uyğun qərarvermə və düzgün idarəetmə vərdişləri ilə bağlıdır.
Bu bacarığın mənimsənilməsi üçün yalnız nəzəri biliklər yetərli deyil. Mütəxəssislər real yol şəraitində praktiki təlimlərin vacibliyini vurğulayırlar. Xüsusi sürücülük kursları və avtomobil məktəblərində keçirilən sürüşkən səthlərdə idarəetmə, qəfil maneədən yayınma və düzgün əyləcləmə texnikası üzrə məşğələlər xüsusilə tövsiyə olunur.
Əlavə təlimlər yalnız təhlükəsizliyi artırmır, həm də qəzaların və nəticədə maddi zərərlərin qarşısını almaqla sərfəli investisiyaya çevrilir.
Ekspertlər əlavə edirlər ki, idarəolunan manevr texnikasına yiyələnmək təkcə sürücünün yox, ümumilikdə bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.(milli.az)
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












