Şarj cihazlarının quraşdırılması zamanı nəyə diqqət olunmalıdır? – EKSPERT AÇIQLADI

Noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində 3 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Vətəndaşlar binanın altında yerləşən obyekt sahibinin verdiyi açıqlamaya inanmırlar. Onlar iddia edirlər ki, yanğın sahibkarın binanın elektrik xəttinə kustar üsulla quraşdırılmış avtomobil şarj cihazları ilə yükləməsi səbəbindən baş verib və qısa qapanma nəticəsində yanğın yaranıb.
Mövzu ilə bağlı bərpa olunan enerji, enerji bazarları və yaşıl enerji həlləri üzrə ekspert Toğrul Əziz Avtosfer.az-a açıqlamasıda bildirib ki, ümumiyyətlə, şəbəkədə yüklənməyə səbəb olacaq hər hansı bir cihazın quraşdırılması zamanı sabit və ya qeyri-sabit olmasından asılı olmayaraq, mütləq onun texniki xüsusiyyətləri nəzərə alınmalıdır:

“Şarj cihazları kimi sabit cihazların quraşdırılması zamanı isə mütləq “Azərişıq”dan texniki şərt alınmalıdır. Gördüyümüz qədər, bunu etməyiblər və nəticədə şəbəkədə böyük bir yüklənmə yaranıb, qısa qapanma baş verib.
Qeyri-peşəkar üsulla bu cür cihazların quraşdırılması çox böyük məsuliyyətsizlikdir və eyni zamanda texniki təhlükəsizliyin pozulmasıdır. Bu cür hallar əlbəttə ki, insan həyatı üçün real təhlükələr yaradır. Texniki təhlükəsizliyə riayət olunması vacibdir”.
Eltac Zülfüqaroğlu
Bakıda təhlükəli vəziyyətlə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












