Sürücü ara məsafəsini necə təyin etməlidir? – AQİL RƏHİMOVDAN XƏBƏRDARLIQ - VİDEO

Avtomobillə hərəkətdə olduğunuz zaman qarşıda gedən nəqliyyat vasitəsinə daim diqqət yetirmək son dərəcə vacibdir. Çünki həmin avtomobilin qəfil əyləcləməsi qəza riskini ciddi şəkildə artırır. Sürücülər tez-tez telefonla danışmaq, radionu qurdalamaq və ya sərnişinlə söhbət kimi diqqəti yayındıran amillərlə məşğul olduqları üçün öndəki nəqliyyat vasitəsinin hərəkətinə vaxtında reaksiya verə bilmirlər.
Bundan əlavə, ara məsafəsinə düzgün riayət etməmək də qəfil əyləcləmə zamanı zəncirvari toqquşmalara səbəb ola bilər.
Bəs sürücülər bu cür risklərin qarşısını almaq üçün hansı vərdişləri formalaşdırmalıdırlar?
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, qəzalardan qaçmaq üçün birinci növbədə sürücüdə təhlükəsiz düşünmə tərzi olmalıdır:

“Sürücü başa düşməlidir ki, o özünü qorumalıdır. Bu həm də ara məsafəsinə aiddir. Ara məsafəsi, mütəxəssislərin dediyinə görə, şəhər kənarı yollarda, sürət yüksək olduqda, 100 kilometr-saatdan yüksək olduqda, məsafə sürətin yarısı qədər olmalıdır. Məsələn, 100 kilometr-saatla gedirsinizsə, ara məsafəsi azı 50 metr olmalıdır.
Şəhər içində bunu saxlamaq mümkün olmadığına görə, mütəxəssislər sürətin üçdə birini məsləhət görürlər. Şəhər içində, yaşayış məntəqələrində, əgər 30 kilometr-saatla gedirsinizsə – 10 metr məsafə, 60 kilometr-saatla gedirsinizsə – 20 metr məsafə, yəni sürətin üçdə biri. Tıxacda 5-6 kilometr-saatla gedirsinizsə, üçdə-biri eləyir 2 metr. Bu məsafəni saxlayanda, qarşıdakı avtomobil qəfil tormoz versə də, siz ehmal tormoz verə bilərsiniz.
Yol hərəkəti qaydalarında yazılır ki, sən elə ara məsafəsi saxlamalısan ki, qarşıdakı avtomobil qəfil tormoz versə, sən onu vurmayasan. Amma qəza əleyhinə kursların məşqçisi kimi, mən qaydalara zidd getməyən bir başqa məsələyə də toxunmaq istəyirəm”.
Aqil Rəhimovun sözlərinə görə, sürücü ara məsafəsini elə seçməlidir ki, qarşıdakı qəfil tormoz versə, ehmal tormoz verə bilmək mütləqdir, əks halda, arxadan hansısa maşın vura bilər:
“Ara məsafəsini seçdikdə, nəinki qarşıdakı maşını düşünməlisən, eyni zamanda, sən tormoz verdikdə, arxadakı avtomobilin səni vurmamasını da fikirləşməlisən. Ara məsafəsi çox vacibdir.
Əfsus ki, sürücülərin çoxu buna əməl etmir. Ona görə də şəhər içində, şəhər qırağında qəzalarla nəticələnən hadisələr çoxdur”.
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












