Sürücülərin çoxu empatiya qurmağı bacarmır - MÜTƏXƏSSİS

Cəmiyyətdə yol hərəkəti zamanı baş verən məsuliyyətsizlik halları, xüsusilə də sürücülərin şəxsi rahatlığını hamıdan üstün tutması artıq adi hala çevrilməkdədir. Bir çox yaşayış massivlərində sürücülərin həyətlərin girişini bağlaması, ikinci cərgədə dayanaraq başqalarının yolunu kəsməsi gündəlik problemə dönüb. Bu isə fövqəladə hallarda təcili xidmətlərin manevr imkanlarını məhdudlaşdırır, insanların evlərinə rahat şəkildə daxil olmasına mane olur və ümumi narazılıq yaradır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu məsələlərlə bağlı öz narahatlığını bildirib.
Məşqçinin sözlərinə görə, bəzi sürücülər məsuliyyətsizliklərini adi davranış kimi qəbul edir, hətta bunun başqaları üçün doğura biləcəyi fəsadları düşünmək istəmirlər:
“Yolu bağlayıb rahat şəkildə evinə gedərək yatmağa çalışan insanlar var. Onlar anlamırlar ki, təcili tibbi yardım, yanğınsöndürən və ya başqa fövqəladə xidmətlər həmin ərazidə ilişə bilər. Gecə yarısı evinə qayıdan bir sakin öz həyətinə girə bilmir. Bu nə dərəcədə doğrudur?”
Aqil Rəhimov onu da vurğulayıb ki, sadəcə dayanma-durma qaydalarının pozulması deyil, ümumilikdə cəmiyyətdə empatiya çatışmazlığı artır:
“Biz niyə başqasını düşünməyi bacarmırıq? Niyə tıxac yaratmağa meyilliyik? İkinci cərgədə dayanırıq, insanları bir saat, bəzən iki saat məngənədə saxlayırıq. Daha sonra bizə haqlı irad bildirəndə də çəmkiririk, kobud cavab veririk”.
Onun fikrincə, bu aqressiya təkcə sükan arxasında deyil, gündəlik münasibətlərdə də özünü göstərir:
“Növbədə gözləmək istəmirik, borcu qaytarmağa yanaşmırıq, nankorluğu normal davranışa çeviririk. Sürücü olanda piyadalara, piyada olanda sürücülərə nifrət edirmiş kimi davranırıq. Hirsimizi boşaltmağa hədəf tapmayanda bir-birimizə qarşı aqressiv oluruq. Bu niyə belədir?”
Aqil Rəhimov qeyd edir ki, hər kəsə aid olmasa da, bu kimi məsuliyyətsiz davranışların sayı artır və bu, ciddi sosial problemdir:
“Belə insanların sayı gündən-günə artır. Sual olunur: niyə? Cəmiyyət nə üçün aqressivləşir, nə üçün empatiya azalır?”
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












