Sürücülərin çoxu maşınındakı bu funskiyadan xəbərsizdir - TÖVSİYƏ

Avtomobil sürərkən diqqət yetirdiyimiz əsas təhlükəsizlik sistemləri olsa da bəzi vacib detallar çox vaxt gözdən qaçırılır. Onlardan biri də arxa görünüş güzgüsünün altında yerləşən kiçik ipəzordur. İllərlə avtomobil idarə edən bir çox sürücü belə bu mexanizmin əsl funksiyasını bilmir. Halbuki bu sadə detal xüsusilə gecə sürücülük zamanı həyati əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, arxa görünüş güzgüsünün altındakı bu ipəzor əslində “gecə rejimi” funksiyasını aktivləşdirən mexanizmdir. Gecə arxadan gələn avtomobillərin faralarının işığı güzgüyə dəyərək sürücünün gözünə birbaşa əks olursa, bu vəziyyət göz qamaşmasına, diqqət dağınıqlığına və qısa müddətli görmə itkisinə səbəb ola bilər. İpəzor işə salındıqda güzgünün əyilmə bucağı dəyişir, işıq sındırılır və parıltı əhəmiyyətli dərəcədə azalır. Bu, həm göz yorğunluğunu azaldır, həm də sürücünün reaksiyasını daha sabit saxlayır.

Mütəxəssislər bildirirlər ki, uzun müddət parlaq işığa məruz qalmaq refleksləri zəiflədir və sürücülük zamanı riskləri artırır. Xüsusilə uzun yol sürücüləri üçün bu funksiya vazkeçilməz təhlükəsizlik elementidir. Güzgünün qaraltma mexanizmi həm sürücünü, həm də avtomobildə olan digər sərnişinləri narahat edən parlaq işıqdan qoruyur.
Müasir avtomobillərdə bu proses artıq avtomatik şəkildə həyata keçirilir. Sensorlar arxa faraların parıqlığını aşkar edərək güzgünün qaralma səviyyəsini öz-özünə tənzimləyir. Lakin köhnə modellərdə bu funksiya əl ilə idarə olunur və sürücü sadəcə güzgünün altındakı kiçik ipəzor aşağı-yuxarı hərəkət etdirməklə sistemi aktiv edə bilir.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












