Sürücülərin əhvalı onların avtomobil idarə etməsinə təsir edir? – Mütəxəssis RƏYİ - VİDEO

Gündəlik həyatda və sükan arxasında psixoloji vəziyyətin düzgün tənzimlənməsi təhlükəsizliyə birbaşa təsir göstərir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Avto FM”in efirində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb. O bildirib ki, insanın həyata baxışı, xüsusilə də pozitiv və ya neqativ düşüncə tərzi gündəlik davranışlara, o cümlədən sürücülük mədəniyyətinə ciddi təsir edir.
Aqil Rəhimovun sözlərinə görə, bəzi insanlar ətrafdakı hadisələrə davamlı olaraq neqativ yanaşır və bu düşüncə tərzini başqalarına da ötürür. Nəticədə, insan özündə də mənfi təsəvvür formalaşdırır və bu, həm psixoloji vəziyyətə, həm də qərarverməyə təsir göstərir.
Neqativ düşüncə tərzi uzun müddət davam etdikdə diqqətin azalmasına, aqressiv davranışlara və yol hərəkəti qaydalarının pozulmasına səbəb ola bilər. xüsusilə sürücülər arasında tez-tez rast gəlinən əsəbi və narazı davranışlar məhz bu cür psixoloji vəziyyətin nəticəsidir.
Həyata daha balanslı və pozitiv yanaşmaq həm şəxsi sağlamlıq, həm də təhlükəsiz sürücülük baxımından vacibdir. O bildirib ki, insan mövcud vəziyyətə şükür etməyi, diqqətini daha çox müsbət məqamlara yönəltməyi bacarmalıdır.
Ekspert əlavə edib ki, düzgün psixoloji yanaşma sürücünün yolda daha diqqətli olmasına, aqressiyadan uzaq durmasına və qəza riskini minimuma endirməsinə kömək edir.
Eltac Zülfüqaroğlu
Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












