Sürücülərin spirtdən bu məqsədlə istifadə etməsi qanunidir

Artıq payız özünü göstərir. Havalar soyuyur, yağış mövsümü yaxınlaşır. Rütubətliliyin artması isə avtomobil şüşələri də daha müntəzəm çirklənir. Çirkli alın şüşəsi hərəkət təhlükəsizliyi üçün maneədir. Bəs necə edək?
Avtosfer.az xəbər verir ki, bir çox sürücü şüşətəmizləyən maye almır, yalnız sudan istifadə edir. Su isə şüşəyə yapışan hisi, həşəratı təmizləyə bilmir. Xüsusən də soyuq havada.
Avtomobil üçün nəzərdə tutulmuş şüşətəmizləyən maye məişətdə istifadə ediləndən fərqlidir. Bu mayelərin donma tempetaruru da aşağıdır. Həm də, sudan fərqli olaraq onlar şüşətəmizləyən sistemin borularını sərtləşdirmir.
Avropa saytlarında başqa bir təklif də edilir: avtomobil üçün təmizlik mayesini ev şəraitində hazırlamaq mümkündür. Bunun üçün 7 hissə təmiz etil spirti və 3 hissə su götürüb qarışdırmaq, üzərinə isə bir neçə damcı qabyuyan maye tökmək lazımdır. Spirt donmanın qarşısını alır, qabyuyan maye isə daha yaxşı təmizləməyə kömək edir.
Rusiyalı bloqerlər isə daha asan variant təklif edirlər: onların fikrincə, ən yaxşı variant ucuz araq alıb şüşəsilən baka tökməkdir.
İşin hüquqi tərəfinə gəlincə: qanunvericilik spirtdən bu məqsədlə istifadəni qadağan etmir. Avtomobil istismar mayelərinin tərkibində spirt mövcuddur. Spirt yalnız sürücü tərəfindən qəbul edildikdə məsuliyyət yaradır.
Vüqar
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












