Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO

Sürücülük vərdişlərinin formalaşması ilə bağlı mühüm məqamlara diqqət çəkilib.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, sürücülük bacarığının düzgün formalaşması əsasən gənc yaşlarda verilən təlimdən asılıdır. Onun sözlərinə görə, sürücülər ilk illərdə düzgün qaydada öyrədilməzsə, sonradan bu səhv vərdişləri dəyişmək çox çətin olur.
Aqil Rəhimov qeyd edib ki, insanlarda formalaşan vərdişləri sonradan dəyişmək asan deyil: “Pis vərdişlərdən imtina etmək çox çətindir. Siqareti tərgitmək necə çətindirsə, sürücülükdə formalaşmış yanlış vərdişləri də aradan qaldırmaq eyni dərəcədə çətindir”.
Yolda dava edən sürücülər bu görüntülərə mütləq baxsın – VİDEO
Məşqçi bildirib ki, əgər sürücü gənc yaşlarından düzgün qaydada öyrədilərsə, o, istər 50, istər 60, hətta daha yaşlı dövrdə də avtomobili təhlükəsiz və qaydalara uyğun idarə edə bilər. Lakin gənclikdə düzgün təlim almayan sürücülər illər keçsə də bəzi vacib qaydalara əməl etmirlər.
Onun sözlərinə görə, bəzi sürücülər avtomobil idarə edərkən güzgülərdən istifadə kimi sadə, lakin vacib qaydalara belə diqqət yetirmirlər və bu vərdiş illərlə dəyişmədən qalır. Aqil Rəhimov vurğulayıb ki, yol təhlükəsizliyinin təmin olunması üçün sürücülərin ilk gündən düzgün və peşəkar şəkildə hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












