“Tıxacda qalan sürücülər məhkəməyə müraciət edib təzminat tələb edə bilərlər”- Ekspert

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrinin sıxlığı və dəhşətli dərəcədə tıxac müşahidə edilib. Sözügedən yolda son zamanlar tıxacların mütəmadi olması artıq sürücü və sərnişinləri də ayağa qaldırıb. Belə ki, rəsnişin və sürücülər bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyini, eləcə də Yol Polisi idarəsini məhkəməyə verərək onlardan təzminat tələb edəcəklərini bildiriblər.

Bununla bağlı Bizimyol.info -ya danışan yol nəqliyyat eksperti Elməddin Muradlı bunun praktik cəhətdən mümkün olduğunu və qanunların buna icazə verdiyini bildirib: “Gecikmə və tıxac səbəbəindən maddi və mənəvi zərərə uğramış sürücü və sərnişinlər pozulan hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edə bilərlər. Yol Hərəkəti Haqqında qanunda da belə bir müddəa öz əksini tapıb, sürücülərin rahat və təhlükəsiz yoldan istifadə etmək hüququ var. Onlar bu hüquqları pozulduğuna görə məhkəməyə müraciət edib təzminat tələb edə və hüquqlarını tələb edə bilərlər. Amma bu məsələ diqqətlə araşdırılmalıdır ki, bu tıxaclar yol polisinin səhlənkarlığı və ehtiyyatsızlığı ucbatından baş verib, yoxsa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səhvidir, yoxsa nazirliyin səhvidir, bəlkə yolda təmir işləri aparılır ona görədir, eləcə də digər səbəblər. Bu məsələ mənim özümdə də maraq doğurdu, sərnişinlərin və sürücülərin bu təşəbbüsü məndə maraq yaratdı. Bu prosesi mən də diqqətlə izləyəcəm”.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












