Tıxacda qəfil əyləcə basmaq qəza ilə nəticələnə bilər – Aqil Rəhimovdan XƏBƏRDARLIQ - VİDEO

Paytaxt yollarında müşahidə olunan əsas problemlərdən biri də yeni sürücülük hüququ əldə edənlərin tıxac zamanı etdiyi səhvlərlə bağlıdır.
Avtosfer.az-ın müşahidələrinə əsasən, xüsusilə sıxlıqda qaz pedalına həddən artıq basmaq və sonra kəskin əyləc tətbiq etmək təhlükəli situasiyalara yol aça bilər.
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu barədə bildirib ki, burada hələ təzə avtomobil sürməyə başlayanların səhvi ondadır ki, onlar çox vaxt qazı verirlər və qabaqdakı maşına çatanda kəskin əyləc basırlar:
“Əslində belə olmamalıdır. Qabaqdakı maşın hərəkətə başladı, biz də yüngül şəkildə sürətlənirik, amma dərhal əyləcə basmırıq, yalnız zəruri olanda basırıq. Tıxacda elə əyləcləmək lazımdır ki, arxadan gələn avtomobil bizə çırpılmasın”.
A.Rəhimovun sözlərinə görə, ideal əyləcləmə zamanı həm sürücünün, həm də sərnişinlərin başı tərpənməməlidir:
“Qazı çox verib, sonra kəskin əyləc basmaq düzgün deyil. Ən yaxşı üsul odur ki, maşını yüngül hərəkətə gətiririk, sonra lazım olanda əyləcə basırıq. Bunun üstünlüyü ondan ibarətdir ki, əyləc lampalarımız yanır və arxadan gələn sürücü də sürəti artırmağa cəsarət etmir. Beləcə, həm özümüzü, həm də başqalarını qorumuş oluruq”.
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












