Uzun müddət park edilən avtomobilləri hansı təhlükələr gözləyir? – XƏBƏRDARLIQ

Avtomobili uzun müddət istifadə etmədən park vəziyyətində saxlamaq akkumulyatorun, elektrik sisteminin və mühərrikin texniki vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, sürücülərin bəzi sadə qaydalara əməl etməməsi sonradan bahalı təmir xərclərinə və avtomobilin bazar dəyərinin azalmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, avtomobil ekspertlərinin fikrincə, nəqliyyat vasitəsinin həftələrlə hərəkətsiz qalması akkumulyatorun öz-özünə boşalmasına və kimyəvi xüsusiyyətlərinin zəifləməsinə gətirib çıxarır. Xüsusilə rütubətli və soyuq hava şəraitində akkumulyatorun tutumu əhəmiyyətli dərəcədə azalır, uzun müddət işə salınmayan mühərrik isə ilk işə düşmə zamanı daha çox mexaniki yüklənməyə məruz qalır.
Mütəxəssislər tövsiyə edirlər ki, avtomobil bir həftədən artıq park vəziyyətində qalacaqsa, akkumulyatorun və mühərrikin normal işləməsini qorumaq üçün ən azı 30 dəqiqə idarə edilməlidir.
Bundan əlavə, park zamanı baqajın və ya salon işıqlarının açıq qalması da akkumulyatorun tam boşalmasına səbəb ola bilər. Mühərrik işləmədiyi üçün alternator akkumulyatoru doldurmur və enerji ehtiyatı qısa müddətdə tükənir. Dərin boşalma isə akkumulyatorda bərpası mümkün olmayan zədələr yarada bilər.
Ekspertlər həmçinin bildirirlər ki, uzun müddət park edilən avtomobillərdə kapot altında yaranan rütubət və texniki qulluğun gecikdirilməsi akkumulyator terminallarında oksidləşməyə səbəb olur. Bu isə elektrik cərəyanının ötürülməsini zəiflədir, şarjlanma prosesinə mənfi təsir göstərir və avtomobilin elektron sistemlərində nasazlıqlar yarada bilər.
Bu cür texniki problemlər yalnız istismar xərclərini artırmır, həm də avtomobilin ikinci əl bazarında dəyərinin aşağı düşməsinə səbəb olur. Buna görə də nəqliyyat vasitəsi uzun müddət istifadə olunmadıqda belə, onun mütəmadi olaraq yoxlanılması və qısa məsafələrdə idarə edilməsi tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












