Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI

Yayda günəşin altında qızıb “sobaya” çevrilən avtomobilə minmək bir çox sürücü üçün ciddi narahatlıq yaradır. Kondisioneri içəri daxil olan kimi maksimum rejimdə işə salmaq isə ən geniş yayılmış səhvlərdən biridir. Mütəxəssislərin fikrincə, bu üsul nə salonu dərhal soyudur, nə də mühərrikin yükünü azaldır – əksinə, əlavə gərginlik yarada bilər.
Avtosfer.az xəbər verir ki, avtomobil sahəsində uzun illər təcrübəyə malik mexaniklər yay istisində avtomobil salonunun daha tez və effektiv soyudulması üçün bəzi sadə, lakin vacib qaydaları açıqlayıblar.
Mütəxəssislər bildirirlər ki, sürücülərin ən çox yol verdiyi səhv avtomobilə minən kimi pəncərələri bağlayıb kondisioneri maksimum gücə keçirməkdir. Bu halda avtomobildə yığılan isti hava sistem tərəfindən birbaşa dövr etdirilir və effektiv soyutma gecikir.
Tövsiyələrə görə, avtomobil işə salındıqdan sonra ilk dəqiqələrdə pəncərələri yarıaçıq saxlamaqla içəridəki isti havanın xaric olunmasına imkan verilməlidir. Daha sonra kondisioner aşağı rejimdə işə salınmalı və pəncərələr bağlanmalıdır.
Mütəxəssislər “daxili sirkulyasiya” rejiminin də vacib rol oynadığını qeyd edirlər. Bildirilir ki, kabin içindəki isti hava xaric edildikdən sonra bu rejim aktivləşdirildikdə sistem xarici isti havanı deyil, artıq soyumağa başlayan daxili havanı dövr etdirir və bu da soyutmanı daha effektiv edir.
Digər mühüm məqamlardan biri isə hava ventilyatorlarının istiqamətidir. Sürücülərin çoxu soyuq havanı birbaşa üzlərinə yönəltsə də, mütəxəssislər bunun doğru olmadığını bildirirlər. Fiziki qanunlara əsasən, soyuq hava aşağıya doğru yönəldiyi üçün ventilyatorların tavana istiqamətləndirilməsi salonun daha bərabər və sürətli soyumasına şərait yaradır.
Qeyd olunur ki, bu sadə üsullar həm avtomobilin kondisioner sisteminə düşən yükü azaldır, həm də yanacaq sərfiyyatına müsbət təsir göstərir.
Eltac Zülfüqaroğlu
Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












