Yük maşınlarına "polka" yığdırmaq qanunsuzdur? - Qaydalar belə deyir

Son günlər yük avtomobillərinin sürücüləri arasında bu sual tez-tez müzakirə olunur: arxa bortda polka yığmaq olarmı, ya yox?
Yol polisi belə hallarda sürücülərə xəbərdarlıq edir və bildirir ki, bu, “konstruksiya dəyişikliyi”dir və mütləq şəkildə qeydiyyat şəhadətnaməsinə yazılmalıdır. Əks halda avtomobil duracağa yerləşdirilir. Amma mütəxəssislər və mövcud qanunvericilik bunun tam əksini deyir.
Qanunvericiliyə əsasən, konstruksiya dəyişikliyi avtomobilin mühərrikində, ban və şassi nömrəsində, oturacaq yerlərində, rəngində və digər əsas texniki parametrlərində dəyişiklik edildikdə baş verir. Arxa bortda polka yığılması isə avtomobilin texniki göstəricilərinə heç bir təsir etmir. Bu sadəcə yükün yığılma və daşınma formasını asanlaşdırır. Əsasən çörək daşınmasında, müəyyən xırdavat məhsulları daşınmasında geniş istifadə olunur. Yük yerində bu cür polkanın yığılması yükün daşımasını sadələşdirir və bu polkalar bortun içində qaldığı üçün heç kimə maneə yaratmır.
Çox təəssüf ki, son zamanlar avtomobillərə edilən bir çox dəyişikliyə görə irad bildirilir və bunun qanunsuz olduğunu deyərək duracağa yerləşdirirlər. Bu cür yanaşma doğru hesab olunmur. Mütəxəssislərin sözlərinə görə, arxa bortda polkanın quraşdırılması nəqliyyat vasitəsinin normativ tələblərinin pozulması
hesab olunmur. Deməli, belə halda həmin dəyişikliyin qeydiyyat şəhadətnaməsinə yazılmasına da ehtiyac yoxdur. Əgər yük maşınının tipi sərnişin daşınması üçün dəyişdirilirsə və yaxud tam əksi baş verirsə, bu zaman qeydiyyat şəhadətnaməsinə əlavə olunmalıdır. Digər hallarda belə dəyişikliyin tələb edilməsi, sürücülərin yersiz şəkildə incidilməsi düzgün hesab olunmur.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












