Abşeronda reyd - Motoxuliqanlar və narkoman sürücülər saxlanıldı - FOTO - VİDEO

Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Abşeron RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti tədbirlər zamanı motoxuliqanlıq edən, yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan, eləcə də sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 sürücü saxlanılıb.
Tədbirlər zamanı həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub.
Abşeron rayonunda bu istiqamətdə nəzarət-profilaktik tədbirləri davam etdirilir. Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunur.
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












