Avtobus zolaqlarına bu halda girdikdə cərimə edilməyəcəksiniz – RƏSMİ - VİDEO

Son vaxtlar paytaxtda avtobus zolaqları ilə bağlı sürücülər arasında çaşqınlıq və narazılıq müşahidə olunur. Bir çox taksi sürücüsü avtobus zolaqlarına daxil olaraq müştəri mindirib-düşürərkən cərimələnmələrindən şikayət edir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Radiosu”nun ünvanladığı sualı Baş Dövlət Yol Polisi idarənin inspektoru, polis baş leytenantı Elvin Hacıyev cavablandırıb. O bildirib ki, avtobus zolaqlarına – hansı ki, adi nəqliyyat vasitələrinin daxil olması qadağandır – iki istisna hal mövcuddur:
“Birinci hal: əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq xətlə ayrılıbsa, başqa nəqliyyat vasitələrinin bu zolaqda hərəkəti qadağan edilmir. Ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmamaq şərtilə yalnız sərnişin mindirmək və düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhal hərəkətə başlayıb zolağı tərk etmək olar. İkinci hal: yalnız yoldan çıxış və yola giriş yerlərində, 1.11 nişanı ilə işarələnmiş hissələrdə bu zolağa qismən daxil olub müvafiq manevrlər etmək mümkündür.
Elvin Hacıyev onu da qeyd edib ki, bu qaydaların pozulması halında sürücülər 100 manat məbləğində cərimə və 2 cərimə balı ilə üzləşirlər”.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












