Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT

Bakıda yeni avtobus zolaqlarının yaradılması şəhərdə ictimai nəqliyyatın hərəkətini sürətləndirmək və avtobusların ümumi nəqliyyat axınındakı hərəkətini daha səmərəli təşkil etmək məqsədi daşıyır. Lakin bəzi küçələrdə avtomobillər üçün hərəkət zolaqlarının azalması nəqliyyat sıxlığı ilə bağlı suallar da yaradır.
Avtosfer.az xəbər verir ki, avtobus zolaqlarının tətbiqi ilə bağlı müzakirələr davam edir.
Bəs yeni avtobus zolaqları Bakıda tıxacların azalmasına kömək edir, yoxsa bəzi ərazilərdə avtomobillərin hərəkətində sıxlığı artırır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda yeni avtobus zolaqlarının yaradılması ictimai nəqliyyatın daha sürətli və rahat hərəkətinin təmin olunması baxımından mühüm addımdır:

"Təbii ki, hər yeni zolağın tətbiqi zamanı konkret küçənin nəqliyyat yükü, yolun eni və mövcud hərəkət intensivliyi nəzərə alınmalıdır. Bəzi küçələrdə avtomobillər üçün hərəkət zolaqlarının azalması qısa müddətdə müəyyən sıxlıq yarada bilər. Lakin uzunmüddətli perspektivdə ictimai nəqliyyatın üstünlüyünün təmin edilməsi daha çox insanın avtobusdan istifadəsinə şərait yaradır və bu da şəhərdə şəxsi avtomobillərdən asılılığın azalmasına, nəticə etibarilə ümumi nəqliyyat yükünün aşağı düşməsinə xidmət edə bilər. Burada əsas məsələ yalnız asfalt üzərində avtobus zolağının çəkilməsi deyil, həmin zolağın real olaraq öz funksiyasını yerinə yetirməsidir. Bunun üçün zolaqlara qanunsuz daxil olan avtomobillərə nəzarət gücləndirilməli, kameralar və digər müasir monitorinq vasitələrindən daha geniş istifadə olunmalıdır. Eyni zamanda avtobus zolaqlarının başlanğıc və bitmə hissələri, kəsişmələr və digər kritik nöqtələr sürücülər üçün aydın şəkildə işarələnməlidir. Qaydalara əməl olunmadığı halda avtobus zolağının yaradılması formal xarakter daşıya bilər. Ümumilikdə məqsəd avtomobillərin hərəkətini məhdudlaşdırmaq deyil, şəhər nəqliyyatında daha səmərəli balans yaratmaqdır. Bunun üçün avtobusların hərəkət sürəti və intervalı yaxşılaşdırılmalı, avtobus zolaqları digər nəqliyyat həlləri ilə kompleks şəkildə tətbiq edilməlidir. İnsanların ictimai nəqliyyatdan istifadəyə marağı artdıqca, yollarda şəxsi avtomobillərin sayının azalması və nəqliyyat sıxlığının daha effektiv idarə olunması üçün imkanlar da genişlənəcək".
Fatimə
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












