Avtomobili yaxınlarına vermək üçün etibarnamə ləğv edilə bilər? – TƏKLİF – VİDEO

Azərbaycanda avtomobildən müvəqqəti istifadə üçün notarial etibarnamə tələbinin yenidən nəzərdən keçirilməsi təklif olunur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov “Xəzər TV”yə açıqlamasında avtomobilin idarə edilməsinin etibarnamə ilə bağlı mövcud qaydaların müasir texnologiyalar fonunda yenidən qiymətləndirilməsinin vacibliyini bildirib.
Ekspert hesab edir ki, ailə üzvləri və yaxın insanlar arasında avtomobildən istifadə üçün ayrıca etibarnamə tələb olunması artıq köhnəlmiş praktikadır.
“Bu gün ata nə üçün öz oğluna, qızına və ya həyat yoldaşına avtomobili idarə etmək üçün etibarnamə verməlidir? Yaxud kimsə yaxın dostuna avtomobili sürmək üçün mütləq etibarnamə əsasında verməlidir? Düşünürəm ki, bu artıq köhnə praktikadır və bundan imtina etməyin dövrü gəlib çatır”, – deyə Eldəniz Cəfərov bildirib.
Müasir dövrdə avtomobillərin müvəqqəti istifadəsinin rəqəmsal platformalar vasitəsilə tənzimlənməsi artıq mümkündür. Vətəndaşlar müxtəlif onlayn xidmətlərdən istifadə etməklə avtomobili müəyyən müddətə icarəyə götürə və heç bir notarial sənəd olmadan idarə edə bilirlər.
Eldəniz Cəfərov Azərbaycanda da bu istiqamətdə müəyyən təcrübənin formalaşdığını diqqətə çatdırıb. O, Bakıda fəaliyyət göstərən “carsharing” xidmətlərini nümunə göstərərək bildirib ki, istifadəçi mobil tətbiq vasitəsilə avtomobili onlayn şəkildə icarəyə götürür, müəyyən marşrut üzrə idarə edir və daha sonra avtomobili təhvil verir.
Ekspertin fikrincə, bu cür rəqəmsal mexanizmlər avtomobildən müvəqqəti istifadə hüququnun daha operativ və çevik şəkildə tənzimlənə biləcəyini göstərir.
“Hazırda mövcud texnoloji imkanlar fonunda notarial etibarnamə tələbinin zəruriliyi yenidən qiymətləndirilməlidir. Digər ölkələrin təcrübəsi öyrənilməli və daha müasir, operativ həll yolları tətbiq olunmalıdır”, – deyə Eldəniz Cəfərov vurğulayıb.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












