Bakıda iki azyaşlının həyatı riskə atıldı: Biri qucaqda, digəri ayaqüstə daşındı - VİDEO

Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 14-də saat 17:40 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 90-GU-432 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü azyaşlı övladını qucağında saxlayaraq nəqliyyat vasitəsini idarə edib. Görüntülərdə uşağın əllərinin sükan üzərində olduğu və müəyyən anlarda avtomobilin idarə edilməsində iştirak etdiyi də aydın görünür.
Bununla yanaşı, avtomobilin arxa oturacağında olan digər azyaşlı sərnişin təhlükəsizlik kəməri və xüsusi uşaq oturacağı (avtokreslo) olmadan ayaqüstə hərəkət edib.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin, o cümlədən azyaşlının sükan arxasına buraxılması, eləcə də uşaqların müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl edilmədən daşınması yolverilməzdir. Belə məsuliyyətsiz davranışlar qəza zamanı azyaşlıların ağır xəsarət alması və ya faciəvi nəticələrin baş verməsi riskini əhəmiyyətli dərəcədə artırır. Uşaqların avtomobildə təhlükəsiz daşınması isə yalnız valideyn məsuliyyəti deyil, həm də qanunun tələbidir.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












