Bakıda qəzaya uğramış avtomobillərə daha 5 maşın çırpıldı - FOTO

Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb. Havanın yağmurlu olması səbəbindən görmə məhdudiyyəti yarandığından, eyni zamanda yüksək surət prospektdə hərəkət edən 5 avtomobilin qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılmasına səbəb olub. Ümumilikdə 7 avtomobilə ciddi ziyan dəyib. Həmin ərazidə yenidən qəzanın baş verməməsi üçün hadisə yerində olan sürücülər yola çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinə əl işarələri ilə xəbərdar edərək, onların ehtiyatlı olmalarına çalışırlar.
****
23:55
Bakının Nərimanov rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisində baş verib. “Nissan” markalı minik avtomobili yüksək sürətlə metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə “Nissan”da olan iki sərnişin xəsarət alıb.
Qəza nəticəsində prospektdə sıxlıq yaranıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO





















