Bakıda saxta sürücülük vəsiqəsi hazırlayan şəxslər saxlanıldı - FOTO

Bakıda Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsini hazırlayan dəstənin üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs tutulub.
Əldə edilmiş əməliyyat məlumatı nəticəsində keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Adıgözəlov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd AH 14563430 seriyalı nömrəli Gürcüstan Respublikasının saxtalaşdırılmış sürücülük vəsiqəsi aşkar olunub. Keçirilən əlavə əməliyyat tədbirləri ilə Elçin Adıgözəlovun saxta vəsiqəni Binəqədi rayon sakini əvvvəllər məhkum olunmuş Eyvaz Əliyevdən 150 manata aldığı müəyyən edilib. Əməliyyat nəticəsində Eyvaz Əliyev də tutulub və o, ifadəsində saxta vəsiqəni Ramin adlı şəxsdən 100 manata aldığını bildirib. Keçirilən əlavə əməliyyat zamanı saxta sürücülük vəsiqəsini hazırlayan Binəqədi rayon sakini Ramin Ağayev də tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı saxta vəsiqələr hazırlayan avdanlıqlar aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı hər 3 şəxs barəsində toplanan materiallar müvafiq prosessual qərar verilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO

















