Bakıda yol kənarını “özəlləşdirdilər” – Sürücülər maşın saxlaya bilmədi - VİDEO

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Boksol yolunda sürücülərin narazılığına səbəb olan hal qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə ərazidən keçən sürücülərdən biri sosial şəbəkədə görüntülər paylaşıb. Kadrlardan görünür ki, yolun kənarına təkərlər və daşlar düzülərək həmin hissədə avtomobillərin dayanmasının qarşısı alınıb.
Paylaşımı edən sürücü iddia edib ki, sözügedən ərazidə fəaliyyət göstərən obyektlərdən birinin sahibi bu addımı atıb. O bildirib ki, yolun kənarı ictimai istifadəyə aid ərazi olduğundan hər hansı şəxs tərəfindən özəlləşdirilə və ya digər sürücülərin istifadəsinə məhdudiyyət qoyula bilməz.
Qeyd edək ki, ümumi istifadədə olan yol və küçə kənarlarının qanunsuz şəkildə bağlanması, müxtəlif əşyalarla zəbt edilməsi yolverilməzdir. Belə hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara, o cümlədən polis orqanlarına və yerli icra hakimiyyətinə müraciət edə bilərlər. Aidiyyəti qurumlar tərəfindən həmin maneələrin götürülməsi və qanun pozuntusuna hüquqi qiymət verilməsi təmin edilməlidir.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












