"BakuBus"ın sürücüsü niyə avtobus zolağı ilə hərəkət etmir? - VİDEO

Bakı şəhəri, Moskva prospektində "BakuBus" MMC-yə məxsus 13 nömrəli marşrut avtobusunun sürücüsünün müəyyən edilmiş - öz yolu ilə deyil, sol zolaqda hərəkət etməsi fərdi nəqliyyat vasitələrinin sahiblərinin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, vətəndaşlar sözügedən ərazidə avtobuslar üçün sağda ayrıca zolaq ayrıldığı halda ictimai nəqliyyat vasitəsinin sürücüsünün sol yolda hərəkət etdiyini, bu zaman fərdi avtomobillərin hərəkətinə maneə yaratdığını diqqətə çatdırıblar.
Sürücülərdən biri qeydə aldığı videoda bildirir ki, sözügedən vəziyyət yolda hərəkəti çətinləşdirir:
"Fərdi avtomobillər avtobus zolağında hərəkət edərkən cərimə tətbiq olunur. Lakin avtobuslar öz yolundan çıxıb sol zolaqda gedəndə heç bir tədbir görülmür".
Məsələ ilə bağlı açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva qeyd edib ki, qurumun istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən həmin avtobusun sürücüsü Moskva prospektində ictimai nəqliyyatın hərəkəti üçün ayrılmış zolaqda digər nəqliyyat vasitələrinin, o cümlədən minik avtomobillərinin hərəkətdə olması səbəbindən məcburi qaydada ikinci hərəkət zolağına daxil olub:
"Bu vəziyyət mövcud yol şəraiti ilə əlaqədar yaranır. Bununla belə, sürücü ilə barəsində daxili qaydalara uyğun müvafiq tədbir görüləcək. Məlumat üçün bildiririk ki, sürücülərə hərəkət təhlükəsizliyi və zolaq qaydalarına əməl olunması ilə bağlı gündəlik təlimat xarakterli SMS bildirişlər göndərilir, günün müxtəlif saatlarında nəzarət tədbirləri həyata keçirilir. Qeyd olunan sürücü ilə profilaktik söhbət aparılacaq".
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












