Başını avtomobilin lyukudnan çıxarmaq cərimə səbəbidir? – EKSPERTDƏN AÇIQLAMA - FOTO

Yay aylarının gəlməsi ilə avtomobil istifadəçiləri nəqliyyat vasitələrinin lyuklarını açıq saxlayaraq hava almağa və sərinləməyə üstünlük verirlər.
Avtosfer.az xəbər verir ki, son zamanlar bəzi sürücü və sərnişinlərin təhlükəli vərdişə lyukdan başlarını və ya bədənlərinin bir hissəsini çölə çıxarmağa meyil etməsi narahatlıq doğurur.
Bu kimi hallara əsasən paytaxt yollarında daha tez-tez rast gəlinməyə başlanıb. Xüsusilə gənclər arasında "əyləncə" və ya video çəkiliş məqsədilə edilən bu davranış həm şəxsin öz həyatı, həm də yolda olan digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza açıqlamasında bildirib ki, avtomobil hərəkətdə olduğu zaman sürücü və ya sərnişinin nəqliyyat vasitəsinin damındakı lyukdən (sunroof) başını və ya digər bədən hissələrini çıxarması qanunla qadağandır.
"Bu qadağa, ilk növbədə, yol hərəkət iştirakçılarının xüsusilə də avtomobildə olan şəxslərin həyat və sağlamlığını qorumaq məqsədi daşıyır. Bu səbəbdən, sərnişinlər və sürücülər avtomobilin hərəkəti zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməli, lyukdən və ya pəncərədən baş və ya bədən çıxarmamalıdırlar. Bu, yalnız özlərinin deyil, həm də digər yol iştirakçılarının təhlükəsizliyini təmin etmək baxımından vacibdir".
Əgər sərnişin və ya sürücü lyukdan başını və ya bədəninin hər hansı hissəsini avtomobil çölünə çıxararsa, İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən 30 manat cərimə olunacaq.

Fidan
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












