Banner

Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO

Qaydalar 4 Noyabr 2026 19:45
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qaradağda sürücünün qaydaları kobud şəkildə pozaraq təhlükə yaratması digər hərəkətm iştirakçılarının narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində sürücünün hərəkətləri başqa bir avtomobilin kamerasına düşüb. Belə ki, “Mitsubishi” markalı, 77-XV-003 nömrə nişanlı avtomobilin sürücüsü sol zolağa çıxaraq ötməni icra etməyib. Yol boyu sürəti dəfələrlə azaldaraq arxadan gələn nəqliyyat vasitəsinə maneə yaradıb.

Yaranan vəziyyətdən narahat olan digər avtomobil idarəçisi daha sonra zolaqların genişlənən hissəsində əvvəlcə sağ zolağa, sonra isə ötməni həyata keçirmək üçün sol zolağa keçməyə çalışıb. Bu zaman “Mitsubishi”nin idarəçisi sürəti artıraraq maşının önünə keçib.

Sürücü yollardakı bu cür xuliqanlıq əməlləri törətməkdən çəkinməyən avtomobil idarəçilərinin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini tələb edib.

Səfər

bax.tvhttps://player.bax.tv/embed/228508.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 252
ŞƏRH YAZ
Ad

E-mail

Şərh