Biləcəridə park edilmiş maşın sürücüləri qayda pozmağa məcbur etdi - VİDEO

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 14-də saat 11:22 radələrində Xurşidbanu Natavan küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 77-DF-731 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü bütöv xəttin (1.1 nişanlanma xətti) tələbini pozaraq avtomobilini yolun hərəkət hissəsində saxlayıb. Nəticədə arxadan gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Videoda avtobus sürücüsünün maneəni keçmək üçün bütöv xətti tapdalayaraq digər zolağa keçdiyi aydın görünür.
Şikayətçinin sözlərinə görə, qayda pozan sürücü həmin vaxt sükan arxasında olmasa da, yaxınlıqda olub. Vəziyyəti görməsinə baxmayaraq, avtomobilini hərəkətə mane olmayacaq təhlükəsiz yerə çəkməyib.
Qeyd edək ki, 1.1, 1.3 və 1.11 nişanlanma xətlərinin olduğu yollarda nəqliyyat vasitəsinin həmin xətdən 3 metrdən az məsafədə saxlanılması qayda pozuntusu hesab olunur. Sürücü avtomobilini xətdən ən azı 3 metr məsafədə saxlamalıdır.
Nərmin
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












